Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ceyhun Bayramov: “Azərbaycan sülh və sabitlikdə marağı olan tərəfdaşlarla konstruktiv əlaqəyə açıqdır” Xəbərlər

0

  • Azərbaycan ölkəmizin Qarabağ bölgəsinin yerli erməni sakinlərinə onların hüquq və azadlıqlarının Azərbaycanın Konstitusiyası və müvafiq beynəlxalq insan hüquqları mexanizmləri, o cümlədən milli azlıqlara mənsub şəxslər üçün nəzərdə tutulan mexanizmlərə uyğun şəkildə təmin edilməsinə dair zəmanət verilməsi istiqamətində qətiyyətli olduğunu bir daha təsdiqləyir.
    Buz.Su AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının iclasında çıxışında deyib.
    Azərbaycanın müxtəlif etnik, dini və ya linqvistik azlıqları bir millət daxilində birləşdirməsinin qürurlu tarixi olduğunu vurğulayan nazir bildirib: "Etnik erməni sakinlər bizim sülhsevər birgəyaşayış modelimizin bir hissəsi olmağa dəvətlidir. Eyni zamanda, Azərbaycan, bütün dövlətlərin beynəlxalq hüquq çərçivəsində digər dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyası istiqamətində göstərilən səylərə zərbə vurmamaq və qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq barədə öhdəliyi olduğunu xatırladır. Azərbaycan, bölgədə sülh, sabitlik və rifahda səmimi marağı olan bütün beynəlxalq tərəfdaşlarla konstruktiv əlaqəyə açıqdır".
    Buz.Su

    Mənbə: https://news.milli.az/politics/1144881.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib32 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    30
    13
    16
    31
    43
    16
    20
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar