Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Qripi müalicə etməyin yolu Xəbərlər

0

  • Son zamanlar qrip sürətlə yayılır. Mütəxəssislər adıçəkilən xəstəlik və bu zaman özünü daha çox biruzə verən öskürəkdən xilas olmağın yollarını sadalayırlar.
    Sonxeber.pro axşam.az-a istinadən həmin məsləhətlərdən bir neçəsini təqdim edir:
    1. Qurtum-qurtum su için - su içmək hava yollarının nəmli qalmasını təmin edir. Selikli qişa varsa, onun asanlıqla çıxmasına kömək edir. Bütün öskürək siropları arasında ən güclüsü sudur. Bu səbəblə mövsümdən asılı olmayaraq, gündə 2 litr su için.
    2. Cökə və ya itburnu çayı - öskürək şiddətlənəndə ilk növbədə bol bitki çayları içmək tövsiyə olunur. Çünki bitki çayları boğazı yumşaldır öskürəyi yüngülləşdirir. Tərkibindəki vitamin və minerallar immunitet sistemini gücləndirir. Cökə ilə itburnu kimi bitki çayları sayəsində quru öskürək də azalır. İçinə bal və limon əlavə edərək bu çayları gündə üç-dörd fincan için.
    2. Sarıkök və zəncəfil - sarıkök yalnız mətbəxdə deyil, artıq tibbdə də istifadə olunur. Sarıkök orqanizmdə iltihab inkişafının qarşısını alır, pisxassəli hüceyrələri məhv edir. Zəncəfil isə virus və mikroblarla savaşan ərzaqdır. Bunları yeməklərə əlavə etməklə yanaşı, çaylarını da içə bilərsiniz. Ancaq gündə ən çox iki stəkan içməyiniz məsləhət görülür.
    3. İsti duş qəbul edin - xüsusilə, burun tıxanması və boğaz quruluğu kimi hallarda bədənə yüngüllük gətirir. Həmçinin, nəfəs yollarının nəmini artıraraq öskürəyə qarşı təsirli olur.
    4. Evin havasına diqqət edin - qış aylarında evlərin qızdırılması otağın nəmini azaldır. Evin ideal temperaturu 22 dərəcədir.
    5. Süd məhsullarından az istifadə edin - hədsiz inək südü və pendir yemək selikli qişa istehsalını artırır. Bu səbəbdən süd məhsullarını azaltmaqda fayda var.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/health/1139864.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib41 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    11
    20
    29
    18
    32
    15
    23
    27
    29
    21
    8
    18
    32
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar