Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Çin Tayvana silah satışına görə ABŞ şirkətlərinə sanksiya tətbiq edəcək Xəbərlər

0

  • Pekin ABŞ-ın Tayvan administrasiyasına silah tədarükü, Vaşinqtonun Çin müəssisələri və fiziki şəxsləri ilə bağlı məhdudiyyətləri ilə əlaqədar ABŞ-ın beş şirkətinə qarşı cavab sanksiyaları tətbiq edəcək.
    Buz.Su report.az-a istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi xəbər yayıb.
    "ABŞ Çinin Tayvan bölgəsinə silah satmaqla "vahid Çin" prinsipini açıq şəkildə pozur və müxtəlif bəhanələrlə Çin müəssisə və şəxslərinə qarşı qeyri-qanuni birtərəfli sanksiyalar tətbiq edir", - Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda deyilir.
    ABŞ tərəfinin yuxarıda göstərilən ciddi qanun pozuntularına cavab olaraq, ÇXR-in "Xarici sanksiyalara qarşı Qanunu"na əsasən, Pekin "BAE Systems Land and Armament", "Alliant Techsystems Operation", "AeroVironment", "ViaSat" və "Data Link Solutions" şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.
    Xarici İşlər Nazirliyi aydınlaşdırıb ki, tətbiq edilən sanksiyalar bu şirkətlərin Çin ərazisindəki daşınmaz əmlakı da daxil olmaqla aktivlərinin dondurulmasını nəzərdə tutur.
    "Təşkilatlar və şəxslərə onlarla əqdlər bağlamaq, əməkdaşlıq etmək və ya digər qarşılıqlı fəaliyyət növlərini həyata keçirmək qadağandır", - bəyanatda vurğulanır.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1173348.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib22 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    26
    14
    28
    24
    13
    22
    13
    25
    43
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar