Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Dünyanın ən böyük təyyarəsi Ermənistana nə gətirmişdi? Xəbərlər

0

  • İki il öncə - 2022-ci ilin fevralın 27-də Qostomel hava limanında Rusiya tərəfindən məhv edilən An-225 "Mriya" təyyarəsi dünya aviasiya tarixinin ağır yük daşıyan təyyarəsi kimi Ginnesin Rekordlar Kitabına düşüb.
    Buz.Su axar.az-a istinadən bildirir ki, "Mriya" fəaliyyət olduğu dövrlərdə 240-dan çox dünya rekordu qırmağı bacarıb.
    Təyyarə ən ağır yüklərdən birini 2004-cü ilin 16 iyununda Praqadan (Çexiya) Daşkəndə (Özbəkistan) neft kəməri üçün nəqliyyat avadanlıqları daşımaqla həyata keçirib. Həmin yükün çəkisi 247 ton olub.
    An-225 2009-cu ilin avqustun 11-də Frankfurtdan (Almaniya) İrəvana (Ermənistan) qaz elektrik stansiyası üçün 187,6 ton ağırlığında generator daşıyıb.



    Daşınan generatorun uzunluğu 16,23 m, diametri 4,27 m idi, təyyarə tərəfindən daşınan ən ağır tək yük kimi Ginnesin Rekordlar Kitabına düşüb.
    Qeyd edək ki, təyyarənin uzunluğu 84 m, hündürlüyü isə 18.2 metr idi. Təyyarənin ümumi çəkisi boş halda 216 ton, maksimum yüklə birlikdə isə 640 ton təşkil edir. An-225 300 ton yanacaq daşımaq qabilliyətinə malik idi.

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/armenia/1186161.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib17 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    14
    22
    28
    27
    16
    21
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar