Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
DYP sürücülərə çağırış etdi Xəbərlər

0

  • Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində daxili işlər orqanları, o cümlədən DYP əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır.
    Buz.Su xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin çağırışında bildirilib.
    Qeyd edilib ki, hazırda qeyri-sabit hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında yaranan çətinliklərin aradan qaldırılması məqsədilə DYP tərəfindən qabaqlayıcı tədbirlər görülür, dumanlı ərazilərdə sürücülər müşayiət olunur, yolda qalanlara köməklik göstərilir.
    "Lakin, hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artması fonunda yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən, nasaz, mövsümə uyğun təchiz edilməyən avtomobillərlə səfərə çıxan, xüsusilə yük və sərnişin daşıma sahəsində daha çox qazanc əldə etmək məqsədilə gün ərzində istirahət etmədən bir neçə dəfə uzaq məsafələrdə sifariş yerinə yetirən sürücülərə tez-tez təsadüf edilir ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə artırır.
    Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərinin xoş təəssüratlarla yadda qalması üçün bir daha səfərə çıxan sürücüləri, xüsusilə yük və sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxsləri yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, sürət rejimini yol və hava şəraitinə uyğun seçməyə, bir sözlə - qaydalara sözsüz əməl etməyə çağırır!", - müraciətdə deyilir.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1191761.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib13 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    25
    9
    19
    27
    22
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar