Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Qazaxıstan Prezidenti İlham Əliyevi təbrik edib Xəbərlər

0

  • Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
    Buz.Su AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir.
    "Hörmətli İlham Heydər oğlu.
    Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
    Qardaş Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi və ölkənin dayanıqlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən irimiqyaslı sosial-iqtisadi və ictimai-siyasi dəyişikliklərin böyük uğurları Sizin adınızla sıx bağlıdır.
    Əlamətdar haldır ki, Azərbaycanın görkəmli dövlət xadimi
    Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyinin qeyd edildiyi ildə Siz respublikanın ərazi bütövlüyünü tam bərpa etməklə ümummilli Zəfərə nail oldunuz.
    Əminəm ki, Azərbaycan xalqı Sizin strateji kursunuzu rəhbər tutaraq inamla irəliləməkdə davam edəcək, güclü və çiçəklənən dövlət quruculuğunda yeni-yeni zirvələr fəth edəcəkdir.
    Etimada əsaslanan səmimi münasibətlərimizin, Qazaxıstan-Azərbaycan dostluq əlaqələrinin, strateji tərəfdaşlığın və müttəfiqliyin möhkəmləndirilməsinə Sizin şəxsi böyük töhfənizi yüksək qiymətləndirirəm.
    Hörmətli İlham Heydər oğlu, Sizə qardaş Azərbaycanın rifahı və tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".
    Buz.Su 

    Mənbə: https://news.milli.az/politics/1169196.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib23 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    30
    29
    28
    27
    5
    27
    30
    11
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar