Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Neftçalada dəhşət: Arvadına zəng edən qonşusunu öldürdü - Şok təfərrüat Xəbərlər

0

  • Neftçala rayonunda 1982-ci il təvəllüdlü Elman 1989-cu il təvəllüdlü qonşusu Telmanı (adlar şərti verilib - red.) qətlə yetirib.
    Buz.Su Teleqraf.com-a istinadən bildirir ki, Elman 21 iyul 2021-ci ildə evində olarkən arvadı Səbinənin mobil nömrəsinə qonşu Telmandan 4 zəng gəldiyini aşkar edib.
    Bu zəmində Səbinə ilə mübahisə zamanı həyat yoldaşını Telmanın əvvəllər də telefon zəngləri ilə narahat etdiyini, valideynlərinə bu haqda xəbərdarlıq edilməsinə baxmayaraq yenidən zənglər edib, narahatlıq yaratmasından qəzəblənib. Qisas niyyəti ilə Telmanı öldürmək qərarına gəlib.
    Elman yaşadığı evdən bıçaq götürüb və iyulun 22-də saat 06.30-da Teımanın yaşadığı evin həyətinə gəlib. Arvadına zənglər edərək ailəsində ciddi narazılıq yaratdığı üçün Telmana irad bildirib. Onlar əlbəyaxa olublar, bir-birlərinə yumruq zərbələri vurublar. Sonra Telmanın bədəninin müxtəlif nahiyyələrinə zərbələr vuraraq onu qətlə yetirib.
    İstintaq orqanı tərəfindən Elmanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
    "Narahat etdiyini dedi"
    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elman elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Bildirib ki, arvadı və uşaqları ilə Neftçala rayonunun kəndində, Telmanın atası Mehdi və anası Sevilin qonşuluğunda yaşayıb: "20 iyul 2021-ci ildə gecə saat 2 radələrində evdə olduğum zaman arvadımın mobil nömrəsinə Telmanın nömrəsindən zənglər olunduğunu, lakin nömrə bloka salındığından telefon çağırmadığını gördüm.
    Arvadımdan nəyə görə ona zənglər olunduğunu soruşdum. O da Telmanın dəfələrlə zəng edərək narahat elədiyini, buna görə nömrəsini bloka saldığını dedi".
    "Nə üçün arvadıma zəng etdiyini soruşdum"
    Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 22-də, səhər saat 06.30-da Telmanın atası Mehdiyə zəng edib, ondan evdə olub -olmadığını soruşub: "Mehdi də evdə olduğunu, heyvanları sahəyə aparacağını dedi. Mehdiyə evdə olmasını, oraya gələcəyimi söylədim. Özümün və arvadımın telefonunu Telmana göstərmək üçün oraya getdim.
    Niyyətim Telmanın səhvini boynuna qoymaq, əks halda ona bıçaqla xəsarət yetirmək idi. Telman idmançı olduğundan məni döyəcəyindən ehtiyatlandım, evdən suviner bıçağını özümlə götürdüm. Bıçağı şalvarımın qayışı altına qoydum. Telmangilin darvazasından həyətə girdim.
    Telmanın atası Mehdi və anası Sevil də həyətdəydilər. Mehdidən oğlunu çağırmağı xahiş etdim. Mehdi onun yatdığını dedi. Sonra Mehdi arvadına Telmanı çağırmağı xahiş etdi.
    Telman həyətə düşdü, yanımıza gələrək salamlaşdı. Ondan nə üçün arvadımın nömrəsinə 4 dəfə zəng etdiyini soruşduqda bunu boynuna almadı. Arvadımın telefonunda Telmanın zənglərini ona göstərdim. Həmin vaxt Mehdi və Sevil də oradaydılar. Telman heç bir tutarlı cavab vermədi, zəng etdiyini inkar eləməyə başladı. Onun məndən üzr istəmədiyini, yalan danışdığını gördüm. Buna görə sifətinin sol nahiyəsinə yumruq vurdum. Telman da mənə yumruq vurmaq istəyəndə kənara çəkildim. Yumruq mənə dəymədi.
    Telmanın məni döymək istədiyini gördüm və üzərimdə olan bıçağı çıxardım. Telman həyət darvazasından küçəyə çıxmaq istədi və bu səbəbdən həyət darvazasına tərəf qaçdı. Bu zaman onun ayağından bıçaqla xəsarət yetirmək istədim. Telman qapının açılmadığını gördü və mənə tərəf çevrildi, təpik atdı. Bu zaman əlimdəki bıçaq Telmanın sol döş nahiyəsinə dəydi, 2-ci bıçaq zərbəsini onun ayağına vurdum".
    "Anası Telmanının boynunu qucaqladı, atası isə..."
    Elman deyib ki, qətl niyyəti olmayıb: "Telman həyət darvazasından 3-4 metr küçəyə tərəf gedərək yerə yıxıldı. Həmin vaxt Sevil oğlu Telmana tərəf küçəyə qaçdı, onun boynunu qucaqladı. Mehdi isə mənim boynumu qucaqladı, oğlunun etdiyi hərəkətə görə üzr istədi. Bıçağı onların həyətlərində stolun yanına atdım. Sonra oradan çıxdım və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim, Telmanı bıçaqla vurduğumu, polisə təslim olmaq istədiyimi dedim.
    Evə getdim, ailə üzvlərimlə sağollaşdım. Neftçala rayon polis şöbəsi istiqamətində piyada getməyə başladım. Bankə körpüsünün üstündə olanda sahə rəisinin avtomobillə hərəkət etdiyini gördüm. Saxla işarəsi verdim, o da avtomobili saxladı. Məndən nə baş verdiyini soruşdu. Qonşum Telmana bıçaqla xəsarət yetridiyimi dedim. Polis şöbəsində isə Telmanın xəstəxanaya aparıldığını, orada öldüyünü eşitdim".
    "Ocağımı söndürdürdün..."
    İş üzrə zərərçəkmiş Telmanın hüquqi varisi qismində çıxış edən atası Mehdi ifadəsində bildirib ki, səhər saatlarında Elman onlara gəlib, Telmanın onun arvadına zəng etdiyini deyib, daha sonra münaqişə yararadaraq bıçaqla oğluna zərbələr vurub: "Elman bıçaqla oğlumun sinə nahiyəsinə vurdu. Oğlum sinəsini tutaraq yerə oturdu, sonra isə həyət darvazasını açaraq küçəyə çıxdı.
    Mən Elmana tərəf gəldim və ondan nə etdiyini soruşdum. Elman mənə "Mehdi dayı" deyərək müraciət etdi, balalarının yetim qaldığını söylədi. Mən də ocağımı söndürdüyünü dedim.
    Elman çıxıb getdi. Telman küçədə yerə uzanmışdı, arvadım isə onun boynunu qucaqlamışdı. Əmim oğluna zəng vurdum, avtomobil ilə təcili bizə gəlməsini xahiş etdim. Telmanı avtomobilə qoyub Neftçala rayon xəstəxanasına apardıq. Ona tibbi yardım göstərilsə də xəstəxanada öldü".
    "Oğlumu danladım"
    Şahid qismində ifadə verən qətlə yetirilən Telmanın anası Sevilin sözlərinə görə, qonşuları Elman və onun ailəsi ilə münasibətləri yaxşı olub: "Elman və arvadı Səbinə bizə tez -tez gəlib-gediblər. Hadisədən xeyli əvvəllər Səbinə gələrək oğlum Telmanın ona zənglər etdiyini bildirdi, bu barədə tədbir görməyimi xahiş elədi. Mən də oğlumu danladım, Səbinəyə bir daha zəng etməməyi tapşırdım. Bundan sonra oğlumun Səbinəyə zəng edib-etməmsindən xəbərim olmayıb.
    Hadisə günü səhər saat 06.30-da ərim Mehdi ilə həyətdə olduğumuz zaman Elman ona zəng etdi. Təxminən 5-6 dəqiqə sonra Elman həyət darvazalarından içəri girdi, mənimlə və Mehdi ilə hal-əhval etdi. Sonra oğlum Telmanın evdə olub-olmadığını soruşdu. Telmanın evdə olduğunu, yatdığını dedik. Mən Telmanı oyatdım, o da əyinini geyinərək həyətə düşdü, Elmanla görüşdü.
    Elman Telmandan nə üçün arvadı Səbinənin telefonuna zəng etdiyini soruşdu. Oğlum Səbinənin telefonuna zəng etmədiyini dedi. Bu zaman Elman əsəbi halda stuldan qalxdı, Telmanın sifətinə yumruq vurdu. Telman da Elmana yumruq atdı.
    Mən həyacanlanaraq qorxdum və "nolub Elman, nolub Elman" deyə qışqırdım. Bu zaman Elman bel kəmərinə taxdığı bıçağı çıxardı, Telmanın arxa bud nahiyəsinə vurdu. Telman həyət darvazasına tərəf qaçdı, darvazanı açıb küçəyə qaçmaq istədi. Darvazanın cəftəsi bağlı oldu, darvaza açılmadı.
    Telman çevriləndə Elman bıçaqla onun sinə nahiyəsinə vurdu. Telman sinəsini tutaraq yerə oturdu. Sonra isə həyət darvazasını açaraq küçəyə çıxdı, küçədə yerə yıxıldı.
    Telmanın boynunu qucaqladım, onun sinəsindən və bədənin arxa nahiyəsindən qan gəldi. Elman əlindəki bıçağı həyətdə ataraq getdi".
    "Məndən xoşu gəldiyini dedi"
    İş üzrə şahid qismində ifadə verən təqsirləndirilən şəxsin həyat yoldaşı Səbinənin sözlərinə görə, qonşuluqda yaşayan Mehdi və Sevilgilə gediş-gəlişləri olub, xeyir-şər məclislərində iştirak ediblər:
    "Təxminən 2021-ci ilin fevralında Telmanın istifadəsində olan nömrədən mənə zəng gəldi. Telman mənə bacısı Xumarın telefonundan nömrəmi götürdüyünü, qonşuluqda olan Sara adlı qadınla tanış olmaq istədiyini, bu işdə ona kömək etməyimi xahiş elədi. Telmana Saranın ağıllı qadın olduğunu, onunla danışmayacağını dedim. Lakin Telman əl çəkmədi, istifadəmdə olan nömrəyə dəfələrlə zəng etməyə başladı. Hətta zəng edrək məndən də xoşu gəldiyini, mənimlə görüşmək istədiyini dedi.
    Bundan əsəbləşdim və Telmanın anası Sevilə oğlunun hərəkətlərindən şikayət etdim. Telmanın zəng edərək məni bezdirdiyini dedim".
    "Ərimə yalvardım"
    Səbinə qeyd edib ki, əri Elman evdən gedəndən sonra Telman öz nömrəsindən onun nömrəsini yığıb və onu narahat edib: "Mən də əsəbləşdim və Telmanın nömrəsini bloka saldım. Amma mənə etdiyi zəngin qeydiyyatı telefonumda qalmışdı.
    Elman evdə olanda telefonumu götürərək zənglərə, vatsap proqramında mesajlara baxdı. İyulun 21-də telefonuma baxanda Telmandan zəng gəldiyini gördü. Məndən zəngin səbəbini soruşdu. Mən də məcbur qalaraq dəfələrlə onun zəng etdiyini, nömrəsini bloka saldığımı dedim.
    Ərimə Telmanla heç bir münasibətim olmadığını, Telmanın sadəcə zənglər etdiyini bildirdim. Elman gecəylə Telmangilə gedərək nə üçün zəng etməyi ilə bağlı onu sorğu-suala çəkəcəyini söylədi. Ərimə yalvardım, indi axşam olduğunu, səhər məsələni araşdırmağı məsləhət gördüm. Elman mənim narahat olduğumu gördü, bu məsələni unutduğunu dedi".
    "Öldüyünü bildim"
    Səbinə qeyd edib ki, saat 6 radələrində həyət darvazasının açıldığı səsini eşidib: "Mən də oyandım və otaqları axtardım. Elmanın evdə olmadığını gördüm.
    Elman 30-40 dəqiqə sonra geri qayıtdı. Uşaqların otağına daxil oldu, onların alnından öpdü. Sonra hər şeyin qaydasında olduğunu dedi və küçəyə çıxdı. Mən nə baş verdiyini əvvəlcə anlamadım. Sonra Elmanın Telmanı bıçaqla vurduğunu, polisə təslm olduğunu, Telmanın isə xəstəxanada öldüyünü bildim".
    Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.
    Elman 15 il müddətinə azadlıqdan məhrum edilib.
    Buz.Su 

    Mənbə: https://news.milli.az/crime/1142517.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCinayət
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib28 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    23
    19
    19
    22
    8
    27
    15
    33
    21
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar