Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
“Elçin İlhamə Quliyevanı parodiya edəndə çox qorxurdu, mənə zəng etdi ki...”- FOTO Xəbərlər

0

  • "Teatrdan vaxtsız getmədim. Zatən indi teatrda müqavilə ilə işləyirlər. Yaxşı ki, getdim deyirəm. Bu gün 13 ildir həyatdayam. 13 ildir teatrdan çıxmışam. Mən və Zərnigar Ağakişiyeva müdirin münasibətindən inciyib getdik. Qalanlar da yaxşı etdi ki, qaldı"

    Buz.Su bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, məşhur aktrisa Kübra Əliyeva deyib. O daha sonra əlavə edib.
    "Teatrı da, bütün aktyorları da çox sevirəm. Yaxşı ki, çıxdım teatrdan. Yoxsakı məni böyük bir fəlakət gözləyirdi. Məndə olan xərçəng artıq metastaz vermişdi. Bu xəstəliyi tapdım, mən onlarla əlləşdim. Teatrda olsaydım, edə bilməzdim. O qədər teatra sadiq idim ki.. Nə gecikmirdim, nə məşqlərimdən qalmırdım.. Kiçik bir rol da versəydilər mənə bu gün həyatda yox idim. Çünki o rolumu atıb, həkimə getməyəcəkdim.  Bizim vaxtında çəkdiyimiz əziyyətləri indiki aktrisalar, aktyorlar çəkmir. Gələn kimi deyir ki, mənə böyük rol verin, mən ulduzam, filankəsəm, filanam! Biz bunu etmədik. Nəsibə xanım teatra girəndə Kübra gedib arxada dayanırdı. Çünki ona hörmətim var idi. Nəsibə xanım, Siyavuş Aslan, Zemfira Quliyeva və s. çalışdığım sənətkarlar mənə salam verib, hal-əhvalımı soruşanda özümü yaxşı hiss edirdim, xoşbəxt olurdum.. Mən həyəcanla fikirləşirdim ki, görəsən onların içinə girə biləcəm, onların yolunu gedə biləcəmmi? Ey gənclər, tələsməyin! Tələsmək olmur. Sən birdən birə ulduz olmaq istəsən, tez sönərsən" deyə aktrisa bildirib.
     
    Sənətkar parodiya sənətindən də danışıb.
    "Parodiya edən şəxs obrazın geyimini, saç düzümünü, üz cizgilərini həmin şəxsə oxşatmağı bacarmalıdır. Əgər tamaşaçılar parodiyanı gülüşlə qarşılayırsa, demək ki, uğurlu alınıb. Parodiyanı gözəl edən aktyordan incimək düzgün deyil. Parodiyanı edərkən etdiyin sənətkarın elə bir ştrixlərini etməlisən ki.. Mən parodiya edə bilmirəm, ona görə də etmirəm. O da bir talantdır, istedadddır. O aktyorun ştrixlərindən, ya səsindən, ya çənəsini, ya bir şeyini düzgün göstərməlisən! Bəyənilməyənə baxılmır. Mən bəyənmədiyim şeyə heç baxmıram. Vaxtımı da aparmıram. Rəhmətlik Elçin Həmidov İlhamə Quliyevanı parodiya etmişdi.. Elçin çox çalışırdı. O İlhaməni parodiya edən günü mən Gəncədə idim. Mənə zəng etdi ki, Kübra, qaçmaq istəyirəm?! Dedim ki, hara? Dedi ki, "saraydan çıxmaq istəyirəm, İlhamə özü də konsertə gəlib". Dedim ki, vallah o səni alqışlayacaq.  Elə də oldu. Qorxurdu İlhamədən, özü də çox qorxurdu. Gördünüz nə qədər uğurlu alındı?! Onun gözəl səsi var idi, ilk dəfə o oxuyanda zal elə bildi ki, İlhamə oxuyur, bir boğaz etdi, onda alqış qopdu. Parodiya budur" deyə sənətkar bildirib.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/showbiz/1181768.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaŞou-Biznes
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib19 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    14
    30
    23
    29
    22
    13
    21
    30
    36
    19
    10
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar