Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Əli Xamenei azərbaycanlı milyarderi əfv etdi Xəbərlər

0

  • Babək Zəncaninin əfv tələbinə ədliyyə orqanları tərəfindən baxılıb, məhkəmə hakimiyyətinin başçısının təsdiqi və Əli Xameneinin razılığı ilə Babək Zəncaninin edam cəzası 20 il həbslə dəyişdirilib.
    Buz.Su axar.az-a istinadən bildirir ki, bu barədə İran mediası məlumat yayıb.
    Qeyd edək ki, əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan Babək Zəncani 1999-cu ildən İran Mərkəzi Bankının rəhbəri Möhsün Nurbaxşinin xidməti sürücüsü olub.
    SEPAH-la əlaqəli işləyən Zəncani İranın ən varlı adamlarından biri olub. İran üçün qanunsuz neft sazişləri hazırlamağa kömək etməkdə günahlandırılan Zəncaninin adı ABŞ və Avropa Birliyinin qara siyahısına salınıb.
    O, BƏƏ, Türkiyə və Malayziyada şirkətlər açıb, hökumətin adından milyonlarla barrel İran nefti satdığını boynuna almışdı. B.Zəncaninin var-dövlətinin, təxminən, 13,5 milyard dollar olduğu deyilir.
    2013-cü ilin dekabr ayında həbs olunan milyarder uzun məhkəmə prosesindən sonra edam cəzasına məhkum edilib.
    Bundan əvvəl İran rəsmiləri Babək Zəncaninin mənimsədiyi pulları dövlətə qaytardığı halda onun işinə yenidən baxılacağı, ölüm hökmünün dəyişdirilə biləcəyini demişdilər.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/iran/1200653.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi2 həft. öncə
    İzlənib13 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    23
    35
    27
    33
    16
    33
    16
    7
    23
    25
    14
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar