Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Əlixan Məhərrəmli tələbə qız və anasından 68 min tələb edibmiş Xəbərlər

0

  • Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan, Türkiyənin Kayseri şəhərində fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri Əlixan Məhərrəmlinin cinayət işi üzrə ibtidai araşdırma başa çatıb.
    Buz.Su qafqazinfo-ya istinadən xəbər verir ki, cinayət işi üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq.
    Əldə etdiyimiz məlumata görə, Ə.Məhərrəmli ilk olaraq dələduzluqda ittiham edilib, sonradan onun əməli hədə-qorxu ilə tələb etməyə tövsif edilib.
    İttihama görə, o, Türkiyədə təhsil alan S.Əkbərovanı (şərti) guya qeyri-qanuni hərəkətləri ilə əlaqədar şantaj edərək ondan 68 min manat tələb edib. Tələbə bu barədə anasına məlumat verdikdən sonra da təqsirləndirilən şəxs şantaja davam edib.
    Bir müddət sonra ana və qızı birgə polisə şikayət ediblər.
    Ə.Məhərrəmliyə yekun olaraq Cinayət Məcəlləsinin 182.3.2-ci ( ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
    İş üzrə S.Əkbərova və anası zərərçəkmiş qismində tanınıb.
    Xatırladaq ki, daha əvvəl S.Əkbərova tələbə yoldaşı Əlixan Məhərrəmlinin ondan hədə-qorxu gəlməklə 20 min dollar tələb etməsi ilə bağlı polis orqanına müraciət etmişdi.

    Buz.Su 

    Mənbə: https://news.milli.az/country/1142850.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib43 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    24
    43
    29
    36
    25
    21
    18
    19
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar