Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Hökumətə çağırış edildi: “İranı xəritədən silin” Xəbərlər

0

  • ABŞ senatoru Lindsi Qrem Co Bayden hökumətini İranı xəritədən silməyə çağırıb.
    Buz.Su teleqraf.com-a istinadən xəbər verir ki, senator müdafiə naziri Lloyd Ostinin zəiflik göstərməməsinin və ABŞ-nin cavab hücumu ilə bağlı "qırmızı xətlər"inin nələr olduğunu açıq şəkildə bildirməsinin vacib olduğunu söyləyib.
    "İran olmasaydı, husilər olmazdı. Husilər tamamilə İran tərəfindən dəstəklənir. Altı aydır deyirəm, İranı vurun. Açıq havada neft yataqları, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kosmosdan görə biləcəyiniz qərargahları var, onları xəritədən silin", - Qrem bildirib.
    İranın dəstəklədiyi terrorçu qruplaşma ("Kətaib Hizbullah") yaxınlarda ABŞ-nin İraqdakı bazalarını hədəfə alıb, nəticədə 3 hərbçi yaralanıb. Yəməndə İranın dəstəklədiyi "Ənsarallah" qruplaşması (Husilər) ABŞ-nin Qırmızı dənizdəki hərbi gəmilərini PUA-larla hədəfə alıb. Amerika hərbçiləri bütün hücumlara cavab verib.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1171599.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib24 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    26
    31
    17
    20
    29
    24
    18
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar