Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Əmr Bil-Məruf və Nəhy ənil-münkər - xeyir və bəlaların mənbəyi Xəbərlər

0

  • Ərəb dilindən tərcüməsi "yaxşı (bəyənilən) işlərə çağırmaq və pis işlərdən çəkindirmək" mənasını verir. Bu xüsusiyyətlər müsəlman əxlaqının ən mühüm tərkib hissələrindən sayılır.
    Hər hansı cəmiyyətdə qrup yaxud fərd tərəfindən günah iş görülürsə, cəmiyyətin bütün üzvləri onu pis yoldan döndərməli və lazım gələrsə hətta zərərsizləşdirməlidirlər. Pis əməllə qarşılaşan, amma onu islah etmək imkanı olduğu halda laqeydliklə seyr edən şəxs həmin pisliyi törədənlərlə şərik kimidir. İslam dini insandan imkanları çərçivəsində haqq uğrunda daim mübarizə və təbliğat aparmağı tələb edir.
    Cəmiyyətin saflığı bu təbliğat və səylərdən asılıdır. Qurani-kərimdə bu barədə buyurulur: "İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir cəmiyyət olun! Bunlar (bu camaat), həqiqətən, nicat tapmış şəxslərdir" ("Ali-İmran", 104). İmam Əli ibn Əbu Talib isə ömrünün son saatlarında söylədiyi vəsiyyətdə əmr bil-məruf və nəhy ənil-münkəri müsəlmanlara təkidlə tövsiyə edirdi: "İnsanları yaxşı əməllərə doğru çağırıb, pis işlərdən çəkindirməyi tərk etməyin!
    Əks halda pis adamlar sizə hakim olarlar. O zaman xilas olmaq üçün dua edərsiniz, amma Allah dualarınızı müstəcab etməz!".
    Həzrət İsa Məsih isə pis əməl sahibinin qarşısını vaxtında almağın zərurətini bildirmək üçün bu cür təsvir üsullarından istifadə edirdi: "Əgər bir evə od düşsə, oradan başqa evlərə də keçər və bütün evləri bürüyər. Yalnız od düşən birinci evi dağıtsalar, alov kəsiləcək.
    Həmçinin, zülm edən ilk zalımın da qarşısını alsalar, ardınca başqası cə¬sa¬rət edib zülm etməz". "Hər kəs qardaşını ilan sanca¬cağını görsə və xəbərdarlıq etməsə, ilan sancandan sonra o adamın qət¬lində şərik olar. Eləcə də, hər kim qardaşının günah etdiyini görüb onu çəkindirməsə, həmin günahda şərik¬dir. Hər kim zalımın zülmünə mane ola bildiyi halda, bunu etməsə, zülm¬də şərikdir".
    Buz.Su

    Mənbə: https://news.milli.az/society/1156323.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib26 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    30
    33
    23
    10
    30
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar