Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Rusiya 350 min qüvvə gətirdi: Böyük hücum başlayır – General Xəbərlər

0

  • Bu müharibə zamanı Rusiya ordusu böyük itki verdi, lakin ehtiyat fondu Rusiya ordusundan daha aşağı olan Ukrayna ordusu daha çox itkiyə məruz qaldı. Rusiya diktatura ölkəsi olaraq ordusunu daim artırır, hücuma keçmək üçün kifayət qədər ehtiyat yaradır. Üstəlik, bu dəfə Rusiyanın hücumunun hədəfi Odessa olacaq.
    Buz.Su axar.az-a istinadən bildirir ki, bu sözləri NATO qüvvələrinin keçmiş komandanı, alman general Herald Kujat bildirib.
    Onun sözlərinə görə, Rusiya Dnestryanı bölgəyə çatmaq niyyətindədir:
    "Ukrayna ordusunun xüsusilə əks-hücum zamanı itkiləri müqayisəedilməzdir. Rusiya strateji müdafiə taktikasını tətbiq etdi. Aydındır ki, hazırkı mərhələdə onların məqsədi nəyin bahasına olursa olsun, əraziləri saxlamaq yox, Ukrayna ordusunu məhv etməkdir. Bu, Klauzevitsin (alman sərkərdəsi, Prussiya generalı və hərbi nəzəriyyəçisi, məşhur "Müharibə haqqında" traktatının müəllifi - red.) əsas qaydasıdır: rəqibinizi tərk-silah edin, qalan hər şey öz-özü ilə məşğul olacaq. Rusiya silahlı qüvvələri məhz buna nail olub. Artıq bir neçə gündür ki, ruslar "aktiv müdafiə"dən danışır, bu da onların hücuma hazırlaşdığını göstərir".
    Kujat əmindir ki, rusların Qırmızı Liman və Kupyansk istiqamətində uğurlu hərəkətləri hücumun hazırlandığından xəbər verir:
    "Söhbət 350 min yeni əsgərdən gedir. Bunun mənası nədi? Ola bilsin ki, Rusiya tərəfi 25-ci Ümumqoşun Ordusu ilə birlikdə hücuma keçərək cəbhədə sıçrayış etmək niyyətindədir. Axı belə bir niyyət olmasaydı, arxa cəbhədə bu qədər qoşun yığılmazdı".
    Alman general Rusiyanın hücuma nə vaxt keçə biləcəyini proqnozlaşdırmaqda çətinlik çəkib, lakin hədəfin Odessa və Dnestryanı bölgə olduğuna şübhə etmədiyini bildirib:
    Buz.Su

    Mənbə: https://news.milli.az/world/1157427.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi5 ay öncə
    İzlənib23 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    30
    31
    20
    12
    9
    52
    33
    20
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar