Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ermənipərəst qurumun "azərbaycanlı mənsubları" - Onları narahat edən nədir? Xəbərlər

0

  • Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi, Xocalı, Xankəndiyə bayraq sancılması görünür təkcə Avropa Şurasını narahat etmir. Buna qıcıqlananlar arasında uzun müddət Xankəndi, Xocalının adından istifadə edərək "şou göstərən", bu yolla cəmiyyətdə fikir ayrılığı formalaşdıranlar da var. Hansı ki, bu şəxslər Amerikadan, Avropadan pul alaraq ölkədə baş verən prosesləri öz istədikləri və ya onlara tapşırılan formada təqdim edərək insanlarda çaşqınlıq yaradıblar.
    Qələbəmizə kölgə salmaq üçün əlindən gələni edənlər sırasında xüsusi yer tutan müxalifət üzvləri indi də Azərbaycanın AŞPA ilə bağlı bəyanatını müzakirə etməyə başlayıblar. Onların iddiasına görə ölkəmizin AŞPA-nı tərk etməsinin nəticələri yaxşı olmayacaq. Müsavat Partiyasının sədri Arif Hacılı Azərbaycanın AŞPA ilə dəyişən münasibətlərinin mümkün ciddi nəticələri olacağı barədə xəbərdarlıq edib. 
    Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli "Facebook"da narahatlığını bildirib. Onun iddiasına görə biz Avropadan uzaqlaşdıqca, Ermənistanın dostları artacaq. Kərimli anti-Avropa siyasətinin potensial nəticələrini sadalayıb, iqtisadi vəziyyətin pisləşəcəyini, Azərbaycanın Şimali Koreya kimi bir ölkəyə çevriləcəyini, xarici kreditlərin, maddi yardımın məhdudlaşacağını, Avropaya gedən Azərbaycan vətəndaşları üçün viza məhdudiyyətləri tətbiq ediləcəyini ehtimal edib.
    Göründüyü kimi, artıq onlar deməyə söz tapmırlar, bəhanələr uydura bilmirlər. Bir müddət əvvəl yazmağa söz tapmayıb qoyun-quzu məsələsi ilə diqqət çəkməyə çalışan bu "siyasətçilər" indi də bu məsələni öz istədikləri kimi şərh edirlər. 
    Məlum olduğu kimi, AŞPA ilə münasibətlər onsuz da yaxşı deyildi. Son illər ərzində demək olar ki, ayda bir-iki dəfə bu qurum anti-Azərbaycan mövqeyini üzə çıxarırdı. İllərlə Ermənistanın işğalına göz yuman AŞPA ancaq Azərbaycanın əleyhinə qərarlar qəbul edirdi. 
    Uzun müddətdir ki, Azərbaycan ilə AŞPA arasında gərginləşən münasibətlər dünən pik həddə çatdı. Azərbaycan nümayəndə heyəti AŞPA-nı tərk etdiyini elan etdi. Avropa Şurasında qalan ölkəmiz bu qurumun Parlament Assambleyası ilə əlaqəni kəsdi.
    Son olaraq qeyd edim ki, AŞPA-nın bu qərarı rəsmi Bakının Avropa Şurası, Avropa İttifaqı ilə tərəfdaşlığına mənfi təsir etməyəcək. Hətta, Azərbaycan inkişaf etmiş dövlətlərlə, Qərblə işbirliyini daha da aktivləşdirəcək.
    İslam
    Buz.Su

    Mənbə: https://news.milli.az/politics/1178095.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib21 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    38
    17
    14
    23
    22
    31
    16
    23
    12
    13
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar