Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ermənistan indi kimi aldadır? - İrəvan üçün 3-4 stulda oturmaq ənənə halını alır Xəbərlər

0

  • Tezliklə İranda "3+3" formatında XİN başçıları səviyyəsində görüş keçiriləcək. Görüşdə Ermənistan da iştiraka razılıq verib.
    Ermənistan üçün eyni vaxtda 3-4 stulda oturmaq ənənə halını alır. Paşinyan Strasburqa gedib orada "alqışlar" üçün ənənəvi ritorikasından istifadə edir, eyni vaxtda da İranda keçirilən görüşə qatılır. "3+3" formatının mahiyyəti "region problemlərinin regionda həll olunması" yanaşmasıdır. Rəsmi Bakı regionun inkişafı üçün yeni perspektivlər yaradıb, yeni əməkdaşlıq formatlarının canlanmasına səbəb olub.
    Məsələ ilə bağlı  Trend-ə politoloq İlqar Vəlizadə bildirib ki, bu Paşinyanın çoxdanki adətidir.
    "O düşünür ki, bu formatda bəzi məsələlərdə təklənə bilər. Bu səbəbdən də Qərbə üz tutur. Eyni zamanda Qərb platformalarından istifadə etməklə öz mövqelərinin möhkəmləndirmək istəyir. Belə yanaşmanı özünə arxalanmayan ölkələr edir. Ermənistan üçün eyni vaxtda müxtəlif dövlətlərə sığınmaq adi haldır. Ancaq artıq bunların heç biri fayda vermir. Paşinyanın siyasəti həmişəki kimi yenə də ziddiyyətlidir.
    Paşinyan bu yanaşmanı qəbul edirsə, niyə Strasburq, Brüssel, Parisi inadkarlıqla regiona müdaxiləyə çağırır? Ermənistanın potensialına nəzər salsaq görərik ki, bu ölkə heç də öz maraqlarına uyğun təkbaşına siyasət aparmağa qadir deyil. Bu səbəbdən də digər ölkələrə arxalanır. Yəni erməni ənənəsinə sadiq qalıb.
    Ermənistanın bu siyasətindən Azərbaycan da, İran da, Türkiyə də narahatdır. Bu ölkələrin heç biri Ermənistanın bu davranışlarını qəbul etmir. Lakin müəyyən şərtlərlə olsa da İran qəbul edir. Bu da İran dəsti-xəttinin təzahürüdür", - deyə o, qeyd edib.
    Qeyd edək ki, İranda planlaşdırılan 3+3 formatında (Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan, Gürcüstan) xarici işlər nazirləri səviyyəsində görüşdə iştiraka Ermənistan da razılıq verib.
    Bu, bir daha onu göstərir ki, Ermənistan üçün eyni vaxtda 3-4 stulda oturmaq ənənə halını alır. Onu da xatırladaq ki, "3+3" formatının təşəbbüskarı Prezident İlham Əliyevdir.
    Buz.Su

    Mənbə: https://news.milli.az/armenia/1151613.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib24 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    11
    10
    27
    25
    13
    31
    12
    32
    29
    21
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar