Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Rusiya XİN Xəbərlər

0

  • Kollektiv Qərb ölkələri Rusiya Federasiyasına strateji məğlubiyyət vermək cəhdləri ilə Cənubi Qafqazda vəziyyəti sabitsizləşdirməyə çalışırlar.
    Buz.Su Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə nazirliyin "Cənubi Qafqazda Rusiyanın maraqlarının təşviqi haqqında" kollegiya iclasının yekunlarına dair Rusiya XİN-nin bəyanatında deyilir.
    "Vurğulanıb ki, Rusiyaya strateji məğlubiyyət vermək üçün kollektiv Qərb Ukraynanın ardınca postsovet məkanının digər hissələrində, o cümlədən Cənubi Qafqazda vəziyyəti sabitsizləşdirməyə, Rusiyanı region ölkələri ilə birləşdirən müttəfiqlik və tərəfdaşlıq münasibətlərini sarsıtmaq, mövcud kollektiv təhlükəsizlik və iqtisadi tərəfdaşlıq mexanizmlərini məhv etməyə çalışır", - deyə Nazirlik bildirib.
    Nazirlik qeyd edib ki, Rusiya Qərbdən fərqli olaraq Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və rifahın təmin edilməsi prioritetindən çıxış edir:
    "Rusiya bizi çoxəsrlik ümumi tarix, coğrafi yaxınlıq və sıx insan təmasları ilə birləşdirən regionun bütün dövlətləri ilə qarşılıqlı hörmətə əsaslanan və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirəcək".



    Nazirlik, həmçinin Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli sazişlər toplusunun tam şəkildə həyata keçirilməsi üçün səylərin davam etdirilməsinin, o cümlədən, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin təsdiqi, regionda nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasının zəruriliyini vurğulayıb.
    Buz.Su
    ​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1198973.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi1 həft. öncə
    İzlənib13 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    17
    28
    15
    36
    22
    12
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar