Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ermənistana veriləcək silahların "təyinatı" açıqlandı - Fransalı nazir Papikyanı danışmağa qoymadı Xəbərlər

0

  • Azərbaycan Fransanın Ermənistanı silahlandırmaq qərarının regional sülhün bərqərar olması üçün göstərilən beynəlxalq səylərə xidmət etmədiyini bildirir. Fransanın Ermənistana verdiyi silahların 30 il əvvəl olduğu kimi, Azərbaycan torpaqlarını işğal etməyə deyil, yalnız müdafiə məqsədləri üçün istifadə olunacağına necə təminat verə bilərsiniz?
    Buz.Su Trend-ə istinadən xəbər verir ki, bu sualı Anadolu agentliyinin müxbiri Fransa silahlı qüvvələr naziri Sebastian Lökornüyə onun erməni həmkarı Suren Papikyan ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında ünvanlayıb.
    S.Lökornü suala cavabında deyib ki, ölkəsinin Ermənistana verəcəyi silahlar müdafiə xarakterli olacaq və yalnız hərbi təcavüz zamanı mülki əhalini müdafiə etmək məqsədilə istifadə olunacaq.
    Yerli jurnalistlərin Ermənistana silahların çatdırılma tarixi ilə bağlı suallarına cavab verən nazir bildirib ki, hüquqi prosedurlar, eləcə də, istehsal vaxt tələb edir. Buna görə də dəqiq tarix bilinmir.
    Mətbuat konfransında diqqətçəkən məqam isə erməni nazirə sual verilməsinin qadağan edilməsi ilə bağlı olub. Mətbuat konfransından əvvəl erməni nazirə sual verilməyəcəyi bildirilib. Konfrans zamanı fransız deputat erməni nazirə sual vermək istəyərkən, S.Lökornü deputata göz vuraraq, erməni həmkarı ilə fikir mübadiləsi aparmaq üçün deputatların kifayət qədər vaxtlarının olacağını deyib.
    Qeyd edək ki, Fransanın silahlı qüvvələr naziri Sebastyan Lökornü və onun erməni həmkarı Suren Papikyan Ermənistana hava hücumundan müdafiə sistemlərinin satışı da daxil olmaqla, bir sıra silahların tədarükü ilə bağlı müqavilələr imzalayıblar.

    Buz.Su

    Mənbə: https://news.milli.az/world/1152562.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib37 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    21
    25
    23
    31
    19
    25
    26
    14
    27
    39
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar