Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Gəncədə yanaraq ölən şəxs bu vəzifəli şəxsin oğlu imiş - YENİLƏNİB - FOTO Xəbərlər

0

  • 13:27
    Gəncədə evdə baş verən yanğında ölən 1966-cı il təvəllüdlü Kamil Quliyev Daşkəsən rayonunun keçmiş prokuroru mərhum Nəbi Quliyevin oğludur.
    Buz.Su report-a istinadən xəbər verir ki, Kamil Quliyev evdə tək yaşayırmış və səhhətində problemlər olub.
    Quliyevlər əslən Kəlbəcər rayonundandırlar.
    Qeyd edək ki, Gəncə şəhərində ümumi sahəsi 190 kvadratmetr (hər mərtəbəsi 95 kvadratmetr) olan ikimərtəbəli yeddiotaqlı evin 1-ci mərtəbəsində bir otağında ev əşyaları 50 kvadratmetr sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın söndürülüb.
    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
    ---------

    12:59

    Fövqəladə Hallar Nazirliyi Gəncədə baş verən yanğın hadisəsi ilə bağlı açıqlama yayıb.
    FHN-dən Buz.Su-a verilən xəbərə görə, Gəncə şəhərində ümumi sahəsi 190 m² (hər mərtəbəsi 95 m²) olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində bir otağında ev əşyaları 50 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
    --------

    11:43

    Gəncədə yanğın hadisəsi baş verib.
    Buz.Su APA-ya istinadən bildirir ki, hadisə şəhərin Bursa küçəsində qeydə alınıb. Belə ki sözü gedən ünvanda yerləşən fərdi yaşayış evində yanğın olub. Dərhal əraziyə FHN-nin yanğınsöndürmə qüvvələri və canlı qüvvəsi cəlb olunub.
    Yanğın kəşfiyyatı zamanı evdən 1966-ci il təvəllüdlü Kamil Quliyevin meyiti tapılıb. Əraziyə polis və təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/incedent/1196499.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaHadisələr
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib10 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    13
    15
    30
    23
    30
    16
    25
    29
    17
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar