Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ermənistanın daxilindəki revanşistlər əl-qol açıb: havadarları məsuliyyət daşımalıdır Xəbərlər

0

  • Azərbaycan və Ermənistan şərti həmsərhəd bölgəsində uzun müddət sürən sakitçilikdən sonra erməni terrorçularının törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuzun yaralanması qəbuledilməz hadisə idi.
    Buz.Su bildirir ki, bunu Trend-ə açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.
    O bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi hadisənin araşdırılması ilə bağlı absurd açıqlamalar verir.
    "Hansı ki, bunun reallıqnan heç bir əlaqəsi yoxdur. Məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi "Yerkrapa" adlanan terrorçu qruplaşmanın üzvlərini sərhəddimizə göndərəndə bunun nə ilə nəticələnəcəyi əvvəlcədən məlum idi. "Yerkrapa" adlanan terrorçu təşkilatın on minlərlə üzvü var. Bu qruplaşma xüsusilə Birinci Qarabağ müharibəsində insanlıq əlehinə hərbi cinayətlərdə əli olmuş şəxslərdir. Və xalqımızın qanına əli batmış şəxslərin yenidən həmsərhəd bölgəsinə göndərilməsi təxribatı qaçılmaz edirdi", - o deyib.
    Ekspert qeyd edib ki, Azərbaycan tərəfi çox düzgün və yerində olaraq bu terrorçu qruplaşmanın döyüş postunu və orada olan terrorçuların məhv edilməsi yönündə zəruri addımlar atdı.
    "Bu digər terrorçular üçün də ciddi dərs olacaq. Onların hansısa təxribata əl atacağı təqdirdə aqibətlərinin necə olacağını ortaya qoydu. Biz onlara göstərdik ki, istənilən təxribatın qarşısını qətiyyətlə alacayıq və həmin nöqtələri məhv edəcəyik.
    Burda Ermənistanın havadarları olan Fransa, Hindistan kimi ölkələr də məsuliyyət daşıyır. Bu dövlətlərin Ermənistanı silahlandırmaqda xoş niyyətinin olmadığı görünməkdədir. Məhz bu dövlətlər Ermənistanın daxilində olan revanşistləri ruhlandırır və belə təxribatlara sövq edir",- deyə o əlavə edib.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1182966.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib19 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    12
    16
    31
    29
    2
    14
    21
    32
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar