Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Rusiya ilə Qərb eyni oyunu oynayır - Rəsmi Bakı tələyə düşməyəcək Xəbərlər

0

  • Rusiyanın Qızıl Xaç Cəmiyyətinin qarabağlı ermənilər üçün humanitar yüklü "Scania" markalı sarı rəngli ağıortonnajlı yük maşını, yəni TIR-ı hələ də Bərdədə, "Bərdə" otelinin yanında durub. Laçın sərhəd nəzarət-buraxılış məntəqəsi ilə üzbəüz, Ermənistan ərazisində Beynəlxalq Qızıl Xaç Komitəsinin bir TIR-ı hazır dayanıb.
    Çoxsaylı analitiklər, ekspertlər bəyan edirlər, yazırlar və deyirlər ki, sən demə, Rusiya Federasiyası ilə Qərbin maraqları bu məsələdə toqquşur: onlar qarabağlı ermənilərə "humanitar yardım" müstəvisində fərqli siyasət yürüdürlər və s.
    Əsla belə deyil. Hazırda Rusiya ilə Qərbin faktiki olaraq, eyni oyun oynadıqlarını görürəm. Özü də bu birgə oyun Azərbaycana qarşıdır. Ağdam-Xankəndi marşrutunun işə salınma ehtimalı, bu marşrutla qarabağlı ermənilərə yanacaq, ərzaq və s. daşınması perspektivi Rusiya ilə yanaşı, Qərbi də çox narahat edir. Rusiya və Qərbin bəyanatlarına, "Ağdam-Xankəndi yolunun istifadəyə verilərək paralel marşruta çevrilməsində maraqlıyıq" tipli açıqlamalarına inanmaq olmaz.
    İnansaq, sadəlövhlük edər, ciddi yanlışlığa yol verərik. Qarabağ məsələsində Qərblə Rusiyanın mövqeləri tam fərqli, diametral əks olsa da, son günlərdə onların maraqları eyni istiqamətdədir. Rusiya və Qərb əmindilər ki, Ağdam-Xankəndi yolu ilə Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobili hərəkət edərək Xankəndiyə yollanan kimi Beynəlxalq Qızıl Xaç Komitəsi yük maşınlarını Laçın yolu ilə Xankəndiyə yollayacaq.
    Dərhal, təcili qaydada.
    Lakin Bakı bu oyuna getmədi.
    Şərtlərimizi bir daha təkrar edirəm: Rusiyanın humanitar yüklü maşını YALNIZ Ağdam-Xankəndi yolu ilə hərəkət edə bilər. BQXK-nın humanitar yardımlı yük maşınları isə Ağdam-Xankəndi və Laçın yolu ilə EYNİ VAXTDA, PARALEL hərəkət edirlər. Üstəlik, Laçın yolunda bütün nəqliyyat vasitələri sərhəd və gömrük nəzarətindən KEÇƏCƏK. BQXK Ağdam-Xankəndi yolunu qulaqardına vura bilməz. Situasiya tragikomikdir: Rusiya və Qərb eyni vaxtda, unison qaydada, üstüörtülü şəkildə Bakını "öhdəliklərə riayət etməmək"də suçlamağa başlayıblar. 
    Ağdam-Xankəndi yolu ilə BQXK maşınlarını buraxmağa hazırıq. Amma qarabağlı erməni separatçıları yolu bağlayıblar, keçidə imkan vermirlər. Əzizlər, zahirən mürəkkəb görünsə də, çox sadə, primitiv vəziyyətdir: Qərb rusların Ağdam-Xankəndi yolu ilə hərəkətinin qarşısını alır, Rusiya da Qərbin Laçın yolundan yararlanmasına imkan verməmək üçün Ermənistandakı və Xankəndindəki agenturasını işə salıb. Həmin agenturanın başında isə Ruben Vardanyan durur.
    İdiotizmə baxın: Rusiyanın Xankəndinə ünvanladığı yükün hərəkətinə mane olanları yola Rusiyanın marioneti Vardanyan çıxarıb.
    Moskvanın bəsit strategiyası, Qərbin isə ikiüzlü taktikasının incə və zərif ssenari olacağını gözləməyin.
    Hər iki qüvvə istədiyinə nail olmaq üçün bütün vasitələri işə salıb.
    Amma unudublar ki, bu vasitələrdən əvvəlcədən xəbərdarıq.
    Hər şey yaxşı olacaq.
    Vətən sağ olsun!
    Elçin Alıoğlu

    Mənbə: https://news.milli.az/politics/1142543.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib37 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    11
    26
    26
    21
    10
    24
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar