Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Əsgərlikdən təzə gələn oğlunu bıçaqlayan ataya hökm oxundu Xəbərlər

0

  • Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Mahir Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 
    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
    Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.
    İttihama görə, hadisə 9 yanvar 2024-cü il tarixdə, saat 22 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində qeydə alınıb.
    Belə ki, Mahir Həsənovun oğlu, zərərçəkmiş Qabil Həsənov (şərti) yanvar ayının əvvəlində hərbi xidmətini başa vurub evinə geri dönüb. Təqsirləndirilən şəxs də bununla əlaqədar yaşadığı evdə ailə üzvləri ilə birgə yığıncaq təşkil edib. Mahir məclisdə spirtli içki qəbul edib. Həmin gün saat 22 radələrində masada oturub yuxulayarkən oğlu Qabil onu oyadıb - "az iç də, stollarda yatıb qalırsan", - deyib. Zərərçəkmişin bu sözü Mahirə təsir edib və oğlu ilə arasında sözlə mübahisələri yaranıb. Həmin vaxt təqsirləndirilən şəxs əsəbi halda masanın üzərində olan mətbəx bıçağını götürüb Qabili vurub. Bu zaman bıçaq oğlunun sol əlinə dəyərək ona xəsarət yetirib. Sonra Qabil onun qolundan tutub bıçağı əlindən alaraq yerə tullayıb və polisə məlumat verib.



    Hadisədən sonra Mahir Həsənov cinayət məsuliyyətinə cəlb edilib.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/crime/1183635.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCinayət
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib20 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    28
    31
    25
    34
    15
    33
    29
    28
    30
    7
    4
    31
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar