Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Bakıda Dünya Kubokunun qaliblərinin mükafatlandırılması mərasimi keçirilib - FOTO Xəbərlər

0

  • Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun qalib və mükafatçılarının mükafatlandırılması mərasimi olub.
    Buz.Su Trend-ə istinadən bildirir ki, tamblinq proqramında qalib və mükafatçılara mükafatlar təqdim olunub.
    Qadınlar arasında tamblinq üzrə proqramda Kendi Brier-Vetilard (Fransa) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Aleksandra Efraimoğlu (Yunanıstan) ikinci, Mari Deloje (Fransa) üçüncü yeri tutub.
    Qalib və mükafatçılara mükafatları Beynəlxalq Gimnastika Federasiyasının (FIG) batut gimnastikası üzrə Texniki Komitəsinin üzvü Mariela Stoyçeva, Azərbaycan Gimnastika Federasiyasının (AGF) meneceri Mehman Əliyev, Azərbaycan Gimnastika Federasiyası (AGF) Veteranlar Şurasının sədri Elşad Nərimanov təqdim ediblər.
    Kişilər arasında tamblinq proqramında Mixail Malkin (Azərbaycan) birinci, Adil Hacızadə (Azərbaycan) ikinci, Vasko Peso (Portuqaliya) isə üçüncü yeri tutub.
    Qalib və mükafatçılara mükafatları Beynəlxalq Gimnastika Federasiyasının (FIG) batut gimnastikası üzrə Texniki Komitəsinin vitse-prezidenti Tatyana Şuyskaya, Azərbaycan Gimnastika Federasiyasının (AGF) menecerləri Viktoriya Abuşova və Şəfiqə Elçuyeva təqdim ediblər.
    Qeyd edək ki, fevralın 23-25-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçiriləcək. Yarışda 32 ölkədən gimnastlar iştirak edir.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/sport/1185667.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib19 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    27
    16
    31
    28
    13
    29
    29
    14
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar