Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
“Fransa “Böyük Ermənistan”a çevrilib” Xəbərlər

0

  • "Azərbaycan və Yeni Kaledoniya parlamentləri arasında əməkdaşlığa dair memorandum xüsusi əhəmiyyətə malikdir və gələcək birgə fəaliyyətin yol xəritəsidir". 
    Buz.Su qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda aprelin 18-də parlamentdə keçirilən elmi konfransda deyib.
    Z.Oruc bildirib ki, Azərbaycan Zəfəri ilə Qarabağda son 200 ildə qurulan geosiyasi monopoliyanı, məğlubiyyət status-kvosunu iflasa uğradıb "Tarixi müstəmləkəçilikdən ibarət olan Fansanın son 30 illik müxtəlif diplomatik-siyasi pərdələrlə örtülən siyasəti indi açıq səhnəyə çıxıb. 
    Fransanın Avropa Parlamenti, Avropa Şurası, Avropa məhkəməsi, BMT Ədalət Məhkəməsi, Lemkin institutu, beynəlxalq media və digər mexanizmlər vasitəsilə  Cənubi Qafqazda yenidən mənzillənmək cəhdləri, Ermənistandan alət kimi faydalanmaq planıdır və təəssüf ki, tarixi İrəvan şəhəri onun müstəmləkə siyasətinə tabe etdirilib. Təəssüf ki, Fransa "Böyük Ermənistan"a çevrilib. Parisə Qafqazda sülh gərək deyil". 
    Onun sözlərinə görə, bu günlərdə Qarabağdan çıxan Rusiya sülhməramlı qüvvələrinin qansız-qadasız bölgədən iki dövlət rəhbəri arasında yüksək razılaşma ilə çıxarılması nəinki Fransanı, o cümlədən Amerikanı narahat edib. Onlar qanlı toqquşmalar gözləyirdilər, lakin ona nail ola bilmədilər.

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/politics/1197692.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi1 həft. öncə
    İzlənib13 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    15
    24
    23
    6
    22
    30
    17
    22
    25
    26
    14
    19
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar