Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Azərbaycan boksçularından Rusiyada 7 medal Xəbərlər

0

  • Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında boksçuların mübarizəsinə yekun vurulub. 
    Federasiyadan Sonxeber.pro-a verilən məlumata görə, Azərbaycan milli komandası yarışı 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub. 
    Bu gün baş tutan finalda Nicat Hüseynov (54 kq) rusiyalı Roman Osipovla döyüşüb. O, rəqibini məğlub edərək çempion tituluna yiyələnib. 
    Marjona Savriyeva (50 kq), Tural Sarıyev (51 kq) və Fərhad Şeydayev (75 kq) həlledici görüşdə məğlub olduqlarından gümüş medal qazanıblar. 
    Beləliklə, yığma Beynəlxalq Universitet İdman Festivalını 7 medalla bitirib. Daha öncə Mehparə Məmmədova (48 kq), Zeynəb Rəhimova (54 kq) və Şəmsi Şahbazov (71 kq) bürünc mükafata sahib olub.
    Qeyd edək ki, avqustun 31-də başa çatacaq Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/sport/1139597.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib33 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    29
    24
    24
    24
    30
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar