Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Fransa və Avropanın bəzi siyasi dairələri Azərbaycana qarşı növbəti kampaniyaya başlayıblar - Sahil Kərimli Xəbərlər

0

  • Fransa senatının Azərbaycana qarşı qəbul etdiyi qətnamə, sanksiyalarla bağlı çağırışlar, həmçinin Avropa Parlamentinin Azərbaycana qarşı yürütdüyü mövqe ölkəmizə qarşı həyata keçirilən qərəzli və düşmənçilik siyasətinin davamıdır.
    Bunu Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.
    "Həm Fransa, həm də Avropanın bəzi siyasi dairələri, beynəlxalq qurumlar Azərbaycana qarşı növbəti təzyiq kompaniyasına başlayıblar. Bu haqsız və ədalətsiz, ikili standartlara əsaslana, riyakar, ikiüzlü siyasətin nümunəsidir. Bu qüvvələr hələ də anlamaq istəmirlər ki, Cənubi Qafqazda güclü və qüdrətli tərəfdaşlarını itirmək üzrədirlər. Azərbaycan Avropanın enerji təhcizatçısı olan ölkə kimi daim ləyaqətli və dürüst siyasət həyata keçirib. Amma təəssüf ki, bu siyasətə həmin qüvvələrin düşmənçilik siyasəti ilə qarşılıq verilib. Bununla həmin dairələr heç nəyə nail ola bilməyəcəklər.
    Azərbaycan dövləti öz qətiyyətli siyasəti ilə mili maraqlara, müstəqil siyasətə yönəlik addımlar atıb. Bu siyasətdən bir addım belə geri çəkilmək niyyətində deyil.



    Azərbaycan Milli Məclisinin Fransaya qarşı qəbul etdiyi qətnamə, Fransaya qarşı sanksiyaların tətbiqi ilə bağlı çağırış haqlı və ədalətlidir. Bu, məkrli siyasətə ən layiqli cavablardan biridir. Azərbaycan Cənubi Qafqazda daim sülh və təhlükəsizliyin təmin olunmasına çalışır. Bunun üçün ən əsas vəzifələrdən biri Ermənistanla münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması təklifləridir ki, Azərbaycan daim bu istiqamətdə qətiyyətli tədbirlər həyata keçirib. Bu gün də Azərbaycanın mövqeyi qəti və ədalətlidir. Azərbaycan gələcəkdə də bu tutduğu mövqeyi ilə davam edəcək. İstər Fransanın, istər Avropa İttifaqına daxil olan bəzi ölkələrin, eyni zamanda müəyyən beynəlxalq qurumların Azərbaycana təzyiqləri heç bir nəticə verməyəcəkdir".
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1176675.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib20 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    16
    27
    5
    28
    7
    12
    30
    31
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar