Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
"Qarabağ"la oyundan sonra çətin durumda idik - "Neftçi"nin məşqçisi Xəbərlər

0

  • "Baş məşqçimizin düşdüyü vəziyyət çətindir. Anası dünyasını dəyişib. Buna görə çox üzülürük. Hər zamanın onun yanındayıq. Çox yaxşı, ciddi rəqiblə qarşılaşdıq. Oyunda aqressivlik var idi, oyuna davranışları yaxşı idi. Biz erkən qol vurduq. Bundan sonra rəqibin öz hissəsində üstünlüyü ələ aldıq".
    Buz.Su qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Neftçi"nin məşqçisi Alen-Nikolae Çita Azərbaycan kubokunun 1/8 finalında 1-ci liqa təmsilçisi "Qaradağ-Lökbatan"a qalib gəldikləri oyundan (4:0) sonra mətbuat konfransında deyib.
    - Bu matçda daha çox oynamayanlara şans verildi...
    -  Hər bir oyunçumuz təbrikə layiqdir. Bəli, heyətdə 11 nəfərlik yer var. Məşqdə kim əzmkarlıq göstərirsə, o da əsas heyətdə yer alır. "Qarabağ"la oyundan sonra çətin durumdaydıq. Uduzmuşduq. Kubok oyununa çıxdıq. Bu tip oyunlarda daha çox az oynayanlar meydana çıxır ki, özlərini göstərsinlər.
    - İlin son matçına az qalıb. Yəqin ki, Mutu həmin oyunda da olmayacaq. Belə olan halda, əsas yük sizin üzərinizə düşür. "Kəpəz"lə matçdan gözləntiniz nədir?
    - Bu oyun haqda danışacağıq, rəqibi analiz edəcəyik. Baş məşqçi ilə də müzakirəmiz olacaq.
    - Marko Tamaş "Neftçi"də ilk vaxtlarda əsas heyətdə oynasa da, sonradan əsas heyətdəki yerini itirib. Siz də keçmiş müdafiəçisiz. Tamaş Azər Salahlıdan zəifdir?
    - Burada heç bir ayrıseçkilik olmur. Hansı oyunçu daha gərgin məşq edir, o da oynayır.
    - Belə çıxır ki, Mark Tamaş Azər Salahlıdan daha istəksiz məşq edir?
    - Bu çox sadədir. Hər oyunçunun şansı var ki, əsas heyətdə oynasın.
    - "Neftçi" istənilən nəticəni göstərmir. Liderdən 13 xal geri qalmağınızın səbəbini nədə görürsüz?
    - Futbol riyaziyyat deyil. Hər dəfə 2+2 4 etmir. Bəzən nəticə 3 və ya 5 ola bilər. Hər futbolçu var gücü ilə çalışmalıdır ki, əsas heyətdə yer alsın. Biz məşqçilər özümüzü təkmilləşdirməliyik. 
    - Artıq dörd sarı vərəqə almısınızz. Futbolçu dövründə də belə idiniz?
    - Bəli. Mərkəz müdafiəçisi olmuşam. Demək istəmirəm ki, nə qədər qırmızı vərəqə almışam. Heç vaxt təslim olmuram. Hər zaman top uğrunda mübarizə aparmağı sevmişəm.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/sport/1168883.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib25 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    11
    34
    30
    34
    22
    27
    30
    24
    22
    27
    25
    28
    30
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar