Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Fransanın Azərbaycanı nədəsə ittiham etməsinin heç bir əsası yoxdur - Abbas Abbasov Xəbərlər

0

  • Bizim atdığımız addımlar beynəlxalq hüquqa əsaslanır.
    Buz.Su Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bu gün keçirilən mətbuat konfransında deyib.
    Fransa tərəfinin Azərbaycanı nədəsə ittiham etməsinin heç bir əsası yoxdur.
    "Yeni Kaledoniya ədalətli şəkildə öz hüquqlarını tələb edir. Azərbaycanın dəstəyi də onları bu mübarizəsini davam etdirməyə ruhlandırır", - deyə A.Abbasov əlavə edib.
    Xatırladaq ki, Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə ötən il sentyabrın 22-də BMT-nin Nyu-Yorkdakı və dekabrın 14-də isə Cenevrədəki qərargahlarında keçirilən kolonializmə və onun yeni təzahürlərinə qarşı mübarizəyə həsr olunmuş silsilə tədbirlər təşkilatın Vyana ofisində davam edib. Aprelin 30-da BMT-nin Vyana ofisində "Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri" mövzusunda konfrans təşkil olunub.
    Konfransda BMT-nin Vyana bölməsində akkreditə olunan 25 ölkənin diplomatları, 20-dək səfir, 20 ölkənin, xüsusilə də Fransanın hələ də müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika, Qvadelupa, Vallis və Futuna, Korsika, Qəmər Adaları İttifaqı, Haiti kimi ölkələrin milli hərəkatlarının rəhbərləri və müstəqillik tərəfdarları, müstəqil ekspertlər, beyin mərkəzlərinin nümayəndələri, həmçinin yerli və xarici media təmsilçiləri iştirak ediblər.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1201196.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi2 həft. öncə
    İzlənib9 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    27
    26
    26
    26
    17
    21
    35
    24
    3
    14
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar