Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Az yatmaq şəkərli diabetə səbəb olur - ARAŞDIRMA Xəbərlər

0

  • İsveç alimləri az yatmağın ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini aşkarlayıblar.
    Buz.Su medicina.az-a istinadən xəbər verir ki, İsveçin aparıcı təhsil ocaqlarından biri olan Uppsala Universitetinin alimləri yuxusuzluğun 2-ci tip diabetə səbəb olduğunu açıqlayıblar.
    Açıqlamada hər gecə 6 saatdan az yatmağın şəkərli diabetə tutulma riskini 16 artırdığı vurğulanıb.
    Qeyd olunub ki, az yuxu yaxşı və sağlam qidalanmanın müsbət təsirini də aradan qaldırır.
    Təxminən 250 min ingilisin sağlamlıq məlumatlarını təqib edən elm adamları bu nəticəyə gəliblər. Onlar yuxusuzluq ilə 2-ci tip diabet arasındakı əlaqənin "sağlam pəhrizə riayət edən insanlarda belə davam etdiyini" üzə çıxarıblar. Hər gecə üç-dörd saat yatan britaniyalıların "normal" miqdarda (yeddi və ya səkkiz saat) yatanlara nisbətən bu xəstəliyə tutulma ehtimalı 41 faiz daha çox olub.
    Tədqiqatçılar nəticələri təhrif edə biləcək çəki, siqaret, antidepresanların istifadəsi və aktivlik səviyyələri kimi amilləri nəzərə alıblar.
    Araşdırmanı icra edən Dr. Kristian Benedikt deyib:
    "Mən yuxuya üstünlük verməyi məsləhət görürəm. Yuxu uzunmüddətli metabolik sağlamlıq üçün vacibdir".
    Qeyd edək ki, tədqiqatın nəticələri JAMA Network jurnalında dərc olunub.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/health/1188489.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib17 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    19
    19
    13
    21
    32
    32
    27
    30
    27
    16
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar