Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Hakan Fidan İraqda bir sıra görüşlər keçirib Xəbərlər

0

  • Türkiyənin xarici işlər naziri Hakan Fidan İraqda bir sıra görüşlər keçirib.
    Sonxeber.pro-ın TurkicWorld-ə istinadən məlumatına görə, Hakan Fidan Bağdaddakı təmasları çərçivəsində İraq Milli Hikmət hərəkatının lideri Əmmar əl-Həkim, keçmiş baş nazir və Hüquq Dövləti Koalisiyasının lideri Nuri əl-Maliki və İraqdakı Haşdi Şabi Komissiyasının rəhbəri Falih əl-Feyyad ilə görüşüb.
    Görüş zamanı Hakan Fidanın Bağdada səfərinin İraq və Türkiyə münasibətlərini daha da dərinləşdirəcəyi bildirilib. Qeyd edilib ki, iki ölkə arasında münasibətlər təkcə qonşuluq və dostluq xarakteri daşımamalı, siyasi və iqtisadi tərəfdaşlığa çevrilməlidir.
    Keçirilən görüşdə İraqla Türkiyə arasında köklü və tarixi bir bağın olduğu, xüsusilə İraq türkmənlərinin iki ölkə arasında mühüm körpü rolunu oynadığı da qeyd edilib.
    İraqın yenidən inkişafı üçün Türkiyənin kənd təsərrüfatı, sənaye, turizm və investisiya sektorlarındakı təcrübəsinə ehtiyacı olduğu, iki ölkə arasındakı ticarət həcminin təxminən 20 milyard dollar artırılmasının lazım olduğu bildirilib ki, bu yeni inkişaf yolu iki ölkə arasında münasibətləri daha da sürətləndirəcək.



    Bundan başqa, görüş zamanı iraqlıların ən böyük gözləntilərinin Türkiyəyə giriş vizalarının tətbiqinin asanlaşdırılması olduğu ifadə edilib.
    Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan 22-24 avqust tarixlərində İraqda rəsmi səfərdə olub.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/turkey/1139522.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib38 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    53
    34
    6
    23
    36
    32
    9
    25
    18
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar