Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Hakan Fidanın Bakıda dediyi bu sözlər erməniləri QORXUYA SALDI Xəbərlər

0

  • Türkiyə xarici işlər naziri Hakan Fidanın ötən həftə Azərbaycana səfəri və Bakıda verilən bəyanatlar Ermənistanda narahatlıqla izlənilib.
    Buz.Su publika.az-a istinadən xəbər verir ki, Ermənistanda bu səfərlə bağlı əsas müzakirə mövzusu Türkiyənin danışıqlar masasında iştirak etməsidir.
    Xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı ilə görüşdə bəyan etdi ki, "Türkiyə Ermənistanın qonşusudur, zatən Azərbaycan masada varsa, Türkiyə də orada var. Türkiyənin danışıqlar masasında olması Ermənistanın özü üçün də faydalıdır".
    Son proseslər fonunda verilən bu açıqlama Bakının Ankaranı masaya daxil etmək planı olaraq dəyərləndirilir. Ermənistanda bundan narahat olublar. Xüsusilə Türkiyənin danışıqlar masasında iştirakının ABŞ tərəfindən də dəstəklənməsi bu narahatlığı artırır.
    "Hraparak" nəşri yazır ki, Paşinyanın səyləri nəticəsində Rusiyanın təsir dairəsində olan suveren Ermənistan ABŞ-ın dostu oldu.
    "Halbuki, indiki Ermənistan Sovet Ermənistanından daha az suverendir və ABŞ-ın dostu olmaq əvəzinə, Türkiyənin tabeçiliyində olan dövlətə çevrilmək yolunu tutdu. ABŞ artıq Türkiyənin Azərbaycan-Ermənistan münasibətlərində "effektiv rolunu" alqışlayır.
    Beləliklə, danışıqlar birbaşa Türkiyənin nəzarəti altına keçir. ABŞ Dövlət Departamentinin dəstək bəyanatı da Hakan Fidanın Azərbaycanda verdiyi bəyanatlara əsaslanır. Türkiyəli nazir Azərbaycanın istədiyi hər şeyi dəstəkləyir, Fidan Bakıda bunu bir daha dilə gətirdi. Beləliklə, Ermənistan rus təbəəliyindən türk təbəəliyinə keçir", - nəşr yazıb.

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1167743.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib26 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    17
    28
    26
    26
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar