Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Səudiyyəli sərmayəçilər “Roma”nı 900 milyon avroya almaq niyyətindədirlər Xəbərlər

0

  • Səudiyyə Ərəbistanından olan sərmayəçilər İtaliyanın "Roma" futbol klubunu satın almaq istəyirlər.
    Buz.Su report.az-a istinadən verdiyi məlumata görə, artıq tərəflər arasında danışıqlar başlayıb, paytaxt təmsilçisinin hüquq departamentinin rəhbəri Ər-Riyaddadır.
    Səudiyyəli investorlar klub üçün 900 milyon avro təklif etməyə, həmçinin yeni stadionun tikintisi üçün daha 300 milyon avro ayırmağa hazırdırlar. Bununla belə, arena layihəsi Roma hakimiyyətinin təsdiqini tələb edir.
    Qeyd edək ki, "Roma"nın potensial sahiblərindən biri "Nyukasl"ın sahibi olan Səudiyyə Ərəbistanının Suveren Sərvət Fondu (PIF) ola bilər.
    Xatırladaq ki, ötən yay romalıların sahibi Dan Fridkin klubu 1 milyard avroya satmaqdan imtina etmişdi.
    Bu mövsüm A Seriyasında 23 turdan sonra "Roma" 38 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Klub avrokuboklarda da iştirakını davam etdirir. Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Daniele De Rossinin yetirmələri Niderlandın "Feyenoord" klubu ilə qarşılaşacaq.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/sport/1181906.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib22 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    23
    16
    23
    11
    34
    24
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar