Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
"Hara gedirsən görürsən ki, hamının burnu eyni cürdür" Xəbərlər

0

  • "Gülnar babasının görkəmli aktyor, sənətkar olduğunu bilir. Hətta onun haqqında müsahibələri də olub, danışıb da. Bağa gedən kimi ilk onun otağına daxil olur. Uşaq olanda onu başa salmışıq. 3-cü sinifdə oxuyanda evə gəlib dedi ki, "ay nənə, mən necə böyük bir şəxsiyyətin nəvəsiyəm". Sinif rəhbəri  onu məktəbdə qaldırıb, bütün uşaqlara təqdim edib ki, Yaşar Nurinin nəvəsidir. Gülnar çox ağıllı, dərrakəli qızdır. Bəlkə bəzi böyük yaşda olan insanlar belə onun qədər düşünə bilmir. Vaxtaşırı babasının məzarını da ziyarət edir. Nəsə olanda onu xatırlayır, tez-tez "kaş babam sağ olsaydı, bu günləri görərdi" deyir. Ata tərəfimi, bibilərimi, bibim uşaqlarını hədsiz çox istəyir. Bu yəqin ki, qanla, canla gəlir. Babasının kinolarına da, tamaşalarına da baxır. Rəssamlığı da var, aktrisalığı da. Bir dəfə ondan soruşdular ki, nəçi olmaq istəyirsən?! Dedi ki, xalam kimi müğənni. Dedim ki, əsla. İncəsənətə meylli qızdır"
     
    Buz.Su bildirir ki, bunu moderator.az-a açıqlamasında məşhur aktyor Yaşar Nurinin qızı Ülkər Yaşarqızı deyib. O daha sonra əlavə edib.
    "Hər atanın, ananın arzusudur ki, nəvəsini görsün. Mən bilirəm ki, atam hiss edir, həmişə də yanımızdadır. O bizim qoruyucu mələyimizdir. Onu həmişə yanımda hiss edirəm. Üzüləndə, kefim olmayanda atamı yuxumda görürəm. O təkcə mənim yox, həm də bütün xalqın qəlbində yaşayır. Əsl sənətkarı sənətkar edən xalqdır. Bacım yeni ana olmuşdu. Hələ heç xəstəxanadan da çıxmamışdı. O övladına başqa ad düşünürdü. Sonra təklif olundu ki, bəlkə uşağın adını Gülnar qoyaq?! Həm atamın ruhu şad olsun, həm də Gülnar "Səni axtarıram" televiziya tamaşasından sevilən bir addır. Hətta Gülnar doğulanda atam bacımın yuxusuna gəlib, onun bələyinə qızıl sancaq taxmışdı. O tamaşadan sonra çox adam oğlunun adını Elçin, qızının adını Gülnar qoydu. Düşündük ki, bizim də bir Gülnarımız olsun. Gülnar da bilir ki, adını əvvəl kim daşıyıb. Həqiqətən də bu televiziya tamaşasından sonra həm hörmətli xalq artistimiz Firəngiz Mütəllimova, həm də atam xalq tərəfindən böyük sevgi, hörmət, rəğbətlə qarşılandılar. Bu ekran əsəri onlara böyük uğur gətirdi. Bir dəfə verilişlərdən birində Firəngiz xanım Gülnarı görüb sevindi. Onu öpdü, xoş sözlər söylədi" deyə müğənni bildirib.
     
    Müğənniliklə məşğul olan Ülkər Yaşarqızı burun əməliyyatı etdirdiyini də söyləyib.
     
    "Özümdə kompleks hiss edirdim. Düşündüm ki, burnumu əməliyyat etdirim. Belə daha yaxşı oldu. Mən əməliyyat etdirənlərə pis baxmıram. Bədənlərinə çox aşırı dərəcədə müdaxilələr etdirirlər. Bunun əleyhinəyəm. Kiminsə kompleksi varsa bu başqa məsələdir. Adi burnumu da öz üzümə yaraşan etdirmişəm. Hara gedirsən görürsən ki, hamının burnu eyni cürdür. İnsan gərək özünə, üzünə yaraşanı etsin. İnsan var ki, 50 yaşında gedib özünü cavanlaşdırır. Vaxtından əvvəl plastik müdaxilə etdirənlərə pis baxıram" deyə müğənni bildirib.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/showbiz/1194066.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaŞou-Biznes
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib16 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    14
    32
    30
    27
    25
    27
    17
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar