Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Samir Şərifov büdcə xərclərinin prioritet istiqamətlərini açıqladı Xəbərlər

0

  • Növbəti ilin dövlət büdcəsində ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, Böyük Qayıdış üçün müəyyən edilmiş tədbirlərin icrası üçün prioritet xərc istiqamətləri nəzərdə tutulub.
    Buz.Su Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 2-də keçirilən iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının qanun layihəsinin müzakirəsi zaman maliyyə naziri Samir Şərifov deyib.
    Nazir bildirib ki, əhalinin sosial müdafiəsi, təhsil sahəsində islahatların davam etdirilməsi, ölkənin ərzaq təhlükəsizliyi, səfərbərlik ehtiyatlarının formalaşdırılması xərcləri də layihədə yer alıb.
    Nazir bildirib ki, ölkə sərhədlərinin toxunulmazlığının gücləndirilməsi, ordunun maddi-texniki təchizatının yaxşılaşdırılması üçün maliyyə təminatı yaradılacaq.



    Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində tərtib edilib.
    Buz.Su

    Mənbə: https://news.milli.az/economy/1155121.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib28 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    30
    3
    24
    14
    16
    14
    24
    23
    24
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar