Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Həbsdən çıxan polkovnik yenidən məhkəməyə verildi - Azərbaycanda Xəbərlər

0

  • Müdafiə Nazirliyinin keçmiş polkovniki Elnur Məmmədov yenidən məhkəməyə verilib.
    Sonxeber.pro qafqazinfo-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Elçin Əliyev E.Məmmədova Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə iş açılması ilə bağlı xüsusi ittiham qaydasında müraciət edib.
    Şikayətə Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılacaq. İş məhkəməyə bu gün daxil olub və hələlik məhkəmə iclasının vaxtı təyin edilməyib.
    Qeyd edək ki, Elnur Məmmədov ötən ay "Hürriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədovla birgə həbs edilmişdi. Onlar İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsilə (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) təqsirli bilinərək məhkəmə qərarı ilə hər birinə 1 ay həbs cəzası verilmişdi. Bir neçə gün əvvəl isə hər iki şəxs həbsdən azadlığa çıxıblar.
    Onu da qeyd edək ki, Elnur Məmmədov ehtiyatda olan polkovnikdir. O, ötən ilin oktyabrında 6 aylıq həbs olunmuşdu.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/incedent/1140798.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaHadisələr
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib29 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    31
    24
    18
    21
    14
    15
    14
    11
    15
    33
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar