Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Sumqayıtda güclü partlayış - xəsarət alanlar var - FOTOlar - YENİLƏNİB Xəbərlər

0

  • -------
    21:34
    Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
    Buz.Su xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
    Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
    Hadisə nəticəsində mənzilin arakəsmə divarları uçub, pəncərə çərçivələri yerindən çıxıb, 4 nəfər xəsarət alıb.
    Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
    Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
    -------
    21:23
    Sumqayıtda partlayış baş verib.
    Buz.Su Trend-ə istinadən xəbər verir ki, xəbər verir ki, hadisə Y.Məmmədov (Metallurq) küçəsi, 2 saylı yataqxanada qeydə alınıb.
    Partlayış zamanı 1 ailənin 4 üzvü xəsarət alıb.
    Faktla bağlı araşdırma aparılır.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1175738.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib25 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    28
    20
    35
    17
    21
    28
    37
    22
    36
    21
    28
    29
    19
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar