Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
“Heç yerə qaçmaq fikrim yoxdur” - Emin Ağalarov Xəbərlər

0

  • "Crocus Group"un birinci vitse-prezidenti Emin Ağalarov 144 nəfərin ölümü ilə nəticələnən dəhşətli terror aktından sonra ilk dəfə geniş müsahibə verib. 
    Buz.Su qafqazinfo.az-a istinadən xəbər verir ki, Xalq artisti bu barədə Bakıda Rusiyanın "Forbes" jurnalına müsahibə verib.
    Emin müsahibəsində terror aktından necə xəbər tutduğunu, faciə yerində gördüklərini və atasına necə dəstək olduğunu danışıb:
    "İşçilərdən biri - zalın direktoru Roman Qraçov mənə zəng etdi və "Crocus"da atışma olduğunu dedi. Həmin vaxt mən Kutuzovskidəki ofisimdə idim. Maşına mindim, faciə yerinə getdim, yəqin ki, 30-45 dəqiqəyə çatdım. Yəni ilk atışlardan 40-45 dəqiqə sonra mən artıq orada idim".
    O, faciə yerində olduğunu və baş verən dəhşəti öz gözləri ilə gördüyünü deyib:
    "Həmin vaxt artıq binada yanğın başlamışdı və ziyarətçilərin çoxu çıxıb getmişdi. Əlbəttə, bu, dəhşətli mənzərə idi, artıq küçədə ölülər var idi. Qraçev və digər işçilərlə birlikdə foyedə sağ qalanların olub-olmamadığını yoxladıq. Təəssüf ki, onlar arasında sağ qalan yox idi. Çox dəhşətli mənzərə idi. Hətta mən xüsusi təyinatlılara insanları təxliyə etməyə kömək etdim. Amma bir gerçək var ki, heç filmlərdə belə bu qədər ölünü bir yerdə görməmişdim​".
    O, tamaşaçıların təxliyəsi ilə bağlı suala belə cavab verib:



    "Həmin vaxt sistem düzgün işləyib, çünki tamaşaçıların 98%-i qaçmağı bacarıb, əvvəllər qeyd olunan bağlı təxliyə çıxışları isə əslində köməkçi müəssisənin qapıları olub".
    Ağalarovun sözlərinə görə, yanğın zamanı foyenin bir hissəsi, texniki otaqlar və Müslüm Maqomayev muzeyi zərər görməyib. Emin terror aktından sonra Rusiyadan getməsi ilə bağlı çıxan xəbərlərə belə reaksiya verib:
    "Heç yerə qaçmaq fikrim yoxdur".
    Buz.Su
    ​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1194215.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib42 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    42
    66
    62
    45
    34
    56
    14
    58
    59
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar