Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
“Dedim ki, Kamran, mən sənin atanam, məni vurma” Xəbərlər

0

  • Bakının Yasamal rayonunda 1990-cı il təvəllüdlü oğlu Kamran İsrafilovu qətlə yetirən 68 yaşlı Ramiz İsrafilovun məhkəməsi başa çatıb.
    Buz.Su qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.İsrafilov 9 il müddətinə azadlıqdan məhrum edilib.
    Oğulun ölümünə, atanın həbsə düşməsinə səbəb olan hadisə ötən ilin aprelində baş verib.
    Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində oğlunun içki aludəçisi olduğunu, buna görə ondan tez-tez spirtli içki almaq üçün pul istədiyini, vermədikdə ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətdiyini bildirib.
    Atasının sözlərinə görə, oğlu iki ay narkoloji dispanserdə müalicə alsa da, üç dəfə qanını dəyişsə də, yenə içkiyə davam edib.
    Cinayət hadisəsi isə gecə saatlarında baş verib. Ata İsrafilovun iddiasına görə, o, yatdığı zaman Kamran otağın qapısını döyüb və bu zaman onun sinəsindən yapışıb:
    "Dedim ki, Kamran, mən sənin atanam, məni vurma. O da dedi ki, camaatın atası ona ev verir, maşın verir. Sən mənə heç nə vermirsən? Dedim, mən sənə pul versəm, sən gedib içki içəcəksən. Ona görə də vermirəm. Bu zaman oğlum məni itələdi, atamdan yadigar qalan bıçağı götürmək istədi, mən ondan cəld tərpəndim. Kamran məni itələyəndə bıçağın ona batdığını hiss etdim. Böyük oğluma təcili tibbi yardım briqadası çağırmağı tapşırdım. Çölə çıxıb, təcili yardım maşınını qarşıladım, onlara kömək etdim. Bir gün sonra isə xəstəxanada vəfat etdi".
    Qeyd edək ki, Kamran İsrafilov vaxtilə hərbçi olub. O, 2012-ci ildə Füzuli Hərbi Məhkəməsinin hökmü ilə dələduzluq və hərbi hissəni özbaşına tərk etmə cinayətlərinin törədilməsində təqsirli bilinərək azadlıqdan məhrum edilib, iki il sonra isə əfv olunub.
    Buz.Su
    ​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1200981.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi2 həft. öncə
    İzlənib8 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    10
    28
    30
    15
    24
    5
    38
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar