Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Honqkonqda otaqlarında 132 kq kokain tapılan turistlər saxlanılıb Xəbərlər

0

  • Honqkonq polisi iki əcnəbi turisti otel otağından 120 milyon Honkonq dolları (təxminən 15,3 milyon ABŞ dolları) dəyərində 132 kq kokain tapdıqdan sonra saxlayıb.
    Buz.Su report.az-a istinadən xəbər verir ki, bu barədə yerli polisin X sosial şəbəkəsində verdiyi açıqlamada deyilir.
    Qeyd olunub ki, 47 yaşlı Dominikan və 44 yaşlı Kolumbiya vətəndaşı narkotik qaçaqmalçılığı üçün əcnəbiləri cəlb edən transmilli sindikatda işləyiblər. Hüquq-mühafizə orqanlarının məlumatına görə, onlar Londonda transferlə İspaniyadan Honqkonqa gəliblər.
    Öz növbəsində "South China Morning Post" xəbər verir ki, şübhəlilər Honqkonqa yanvarın sonunda gəliblər, narkotiklər isə fevralın əvvəlindən onların otel otağında saxlanılıb. Qəzet həmçinin iddia edir ki, hər iki şəxs İspaniya pasportuna malikdir.
    Nəşrin məlumatına görə, şübhəlilər cümə günü saxlanılıb. Onların otağından ümumilikdə 109 bağlama narkotik vasitə aşkar edilib.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1184028.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib18 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    26
    49
    62
    12
    16
    21
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar