Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı Xəbərlər

0

  • Yeni "Huawei" smartfonlarında olan süni intellekt (AI) insanları fotoşəkillərdə "soyundurmaq" qabiliyyətinə malikdir.
    Buz.Su lent.az-a istinadən xəbər verir ki, Çinin "Guang Ming Daily" nəşri buna diqqət çəkib.
    "Huawei Pura 70" seriyalı cihazlarda fotoşəkilləri redaktə edə bilən süni intellekt funksiyaları var - xüsusən də şəkillərdəki lazımsız obyektləri silmək. Cihazların ilk istifadəçilərindən bəziləri sosial şəbəkələrdə süni intellektin digər şeylərlə yanaşı insanları "soyundura" biləcəyini söyləyib.
    İstehlakçılar telefonun daxili neyron şəbəkəsinin fotoşəkillərdəki insanların bəzi geyim əşyalarını çıxarmağa qadir olduğunu göstərən şəkillər paylaşıblar. Lakin "Huawei" bu funksiya haqqında məlumat verməyib. Onu "Huawei Pura 70" qadcetlərində tapan istifadəçilər qeyd ediblər ki, bu seçim kifayət qədər effektiv işləyir.
    "Huawei" sosial şəbəkələrdəki mesajlara cavab verib. Korporasiya bildirib ki, süni intellektə əsaslanan retuş alətləri həqiqətən də fotoşəkillərdə bəzi detalları silməyə qadirdir, lakin funksiya gözlənildiyi kimi işləmir. Şirkət nümayəndələri növbəti yeniləmədə problemləri aradan qaldıracaqlarına söz veriblər.
    Buz.Su
    ​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1200465.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi3 həft. öncə
    İzlənib11 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    19
    12
    26
    32
    26
    31
    32
    4
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar