Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
İçdiyimiz sudakı bu maddə xərçəng yaradır - Şok araşdırma Xəbərlər

0

  • Böyük Britaniyanın Şeffild Universitetinin alimləri müəyyən ediblər ki, dünyada milyonlarla insan tərkibində yüksək miqdarda arsen maddəsi olan su içir.
    Buz.Su oxu.az-a istinadən xəbər verir ki, tədqiqat "Science of The Total Environment" elmi jurnalında dərc olunub.
    Təhlillərə görə, dünyanın bir çox ölkəsi hələ də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) suda 50 mkq/l icazə verilən maksimum arsen konsentrasiyası üçün köhnəlmiş təlimatlarından istifadə edir. Bu ölkələrə Çin, Banqladeş, Pakistan, Kamboca, Tailand, Myanma, Nepal daxildir.
    Yemək bişirmək və ya əkinləri suvarmaq üçün istifadə edilən suyun tərkibindəki arsen maddəsinin uzun müddət ərzində orqanizmə qəbul edilməsi bədənin hər bir orqanına təsir edən bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər. Arsen xərçəng, diabet, ağciyər və ürək-damar xəstəliklərinin inkişafına səbəb ola bilər.
    Tədqiqatçılar hökumətlərə suda arsenin miqdarı ilə bağlı daha sərt standartlar tətbiq etməyi və onların sakinlərinə düyünü buxarda bişirmək əvəzinə, çoxlu miqdarda suda bişirməyi tövsiyə edirlər, çünki buxarda bişirmək taxıllarda toksinlərin yığılmasına səbəb olur.
    Buz.Su

    Mənbə: https://news.milli.az/health/1191737.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib12 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    16
    26
    20
    17
    15
    19
    32
    26
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar