Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
İlham Əliyevin adını çəkdiyi Həsən Məcidov kimdir? Xəbərlər

0

  • Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı bir sıra mövzulara toxunub.
    Prezident Xankəndi şəhərinin mərkəzindəki inzibati binanın erməni separatçıların yuvasına çevirilməsindən də bəhs edib:
    "O meydanın başında yerləşən, - onu da deməliyəm ki, səhv etmirəmsə, Həsən Məcidov adlı bir Azərbaycan memarı, həmin o "Apkom" deyilən binanın müəllifi olmuşdur, - həmin o binada Azərbaycana qarşı çox çirkin bir oyunun başlanğıcına hamımız şahid olduq".
    Prezidentin adını çəkdiyi memar Həsən Məcidov kim olub?
    Buz.Su modern.az-a istinadən xəbər verir ki, Həsənağa (Həsən) Əli oğlu Məcidov 12 dekabr 1914-cü ildə Bakıda sənətkar ailəsində doğulub. Orta məktəbi bitirərək Azərbaycan Sənaye İnstitutuna daxil olub, 1937-ci ildə buranın memarlıq-tikinti fakültəsini bitirib. Tələbəlik illərində "Azərdövlətlayihə" Dövlət Layihə İnstitutunda texnik, ali məktəbi bitirdikdən sonra isə bu institutunda memar vəzifəsində işləyib.
    Böyük Vətən müharibəsi illərində Həsən Məcidov Sovet Ordusu sıralarına qatılıb və döyüşlərdə yaralanaraq 1946-cı ildə ehtiyata buraxılıb. Bundan sonra o, yenidən yaradıcılıq fəaliyyəti göstərib, bir sıra binalarının layihələrini işləyib hazırlayıb. Bir müddət layihə idarəsinin baş mühəndisi olan Həsən Məcidov 1948-ci ilin fevral ayından "Azərdövlətlayihə" İnstitutunun 2 №-li memarlıq emalatxanasının rəhbəri vəzifəsində çalışıb. 1954-cü ildən Azərbaycan Politexnik İnstitutunda memarlıq konstruksiyaları dosenti olub.
    Həsən Məcidov Azərbaycan Memarlar İttifaqı Rəyasət Heyətinin üzvü olub.
    Onun layihəsi əsasında 1960-cı ildə hazırkı Muzey Mərkəzi tikilib.



    Həsən Məcidov Azərbaycanda digər layihələrin də müəllifi olub - Binədə Bakı təyyarə limanı, "Bakı" mehmanxanası, Naxçıvanda Dövlət Musiqili Dram Teatrının binası, keçmiş Dzerjinski adına mədəniyyət sarayı və s.
    H.Məcidov 1959-1960-cı illərdə Azərbaycan SSR Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin sədri işləyib. 1960-cı ildə ona Azərbaycan SSR əməkdar inşaatçısı fəxri adı verilib.
    Memar 11 yanvar 1978-ci ildə Bakıda vəfat edib.
    Hazırda Bakının Yasamal rayonunda Həsən Məcidov adına küçə var.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1174755.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib19 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    33
    26
    21
    11
    28
    16
    30
    32
    25
    20
    26
    26
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar