Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
İftar süfrəsi üçün asan hazırlanacaq reseptlər Xəbərlər

0

  • Buz.Su axşam.az-a istinadən iftar süfrəniz üçün menyu təqdim edir:
    Çölmə kabab
    Ərzaqlar:
    Toyuq - 1 ədəd
    Qırmızı soğan - 4 ədəd
    Qoz - 200 qr
    Palçıq turşu - 1 x.q
    Duz, istiot zövqə görə.
    Hazırlanması:
    Toyuğu təmizləyib, duz, istiot, turşu çəkib axşamdan basdırma edin. Kənarda qozu, soğanı ət çəkən maşından keçirin Soğanın suyunu sıxıb duz, istiot, turşu qarışdırıb toyuğun içərisinə doldurun. Sonra saxsı qaba qoyub üzərinə yarım stəkan su və hazırladığınız ləvəngidən töküb, 4-5 saat vam odda bişirin.
    Südlü pomidor şorbası
    Ərzaqlar:
    2 xörək qaşığı duru yağ
    1 xörək qaşığı kərə yağı
    2 xörək qaşığı un
    1 xörək qaşığı tomat pastası
    5 pomidor
    4 stəkan su
    Yarım stəkan süd
    1 çay qaşığı duz
    Hazırlanması:



    İlk növbədə pomidorlar rəndələnir. Sonra kərə yağı və yağı qazana qoyun və yağı əridin. Kərə yağı əriyəndən sonra unu əlavə edib azca qovurun. Unun qoxusu getdikdən sonra tomat pastası əlavə edib azca qarışdıraraq qovurun. Qızardılmış pomidorları əlavə edin. Başqa 3-4 dəqiqə qızardın. Üzərinə 4 stəkan su əlavə edin, çalın və vam odda bişirin. Daha sonra duz və istiot tökün. Süfrəyə verərkən üzərinə sürtgəcdən keçirilən pendir, arzuya görə göyərti tökə bilərsiniz. 
    Asan hazırlanan pankek
    Ərzaqlar:
    1 stəkan kefir
    3 ədəd yumurta
    0,5 stəkandan az miqdarda şəkər tozu
    1 paket qaparta tozu və vanilin
    Unu xəmir qatı hala gələnə qədər tökün
    Stəkanın yarısından azca aşağı duru yağ
    Hazırlanması:
    Yumurta və şəkər toxunu mikserlə qarışdırın. Üzərinə kefir, duru yağ və vanilini əlavə edib qarışdırın. Sonda qabartma tozu və unu töküb qarışdırıb, azca qatı xəmir əldə edin. Tavanı sobada isidib, yağa batırılmış pambıqla silin və pankeykləri istədiyiniz ölçüdə bişirin.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/kilinariya/1190362.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməMaraqlı
    KateqoriyaKulinariya
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib14 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    13
    7
    35
    27
    21
    5
    22
    17
    31
    16
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar