Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
USAİD ölkələrdə xaos yaratmaq, çevriliş etmək üçün yaradılan təşkilatdır - Deputat Xəbərlər

0

  • Bu gün Gürcüstanda baş verən hadisələr, yəni USAİD birbaşa rəhbərliyi və təşkilatçılığı ilə Gürcüstanda dövlət çevrilişinə ciddi hazırlığın həyata keçirilməsi, verilən siqnallar əslində ilk dəfə deyil. USAİD bir çox ölkələrdə xaosun, anarxiyanın yaradılması, dövlət çevrilişlərinin həyata keçirilməsi üçün birbaşa ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin alt qolu kimi yaradılmış və onlara sərf etməyən hakimiyyətləri olan ölkədə qarşıdurma, xaos yaratmaqla, dövlət çevrilişləri həyata keçirməklə həmin hakimiyyəti yıxıb, özünə loyal olan insanları hakimiyyətə gətirir. beləliklə də həmin ölkəni birbaşa idarə etməyə başlayır.
    Buz.Su Trend-ə istinadən xəbər verir ki, bunu  Milli Məclisin deputatı Cavid Osmanov deyib.
    O bildirib ki, Gürcüstanın üzləşdiyi bu probemi Azərbaycan bir neçə il bundan əvvəl keçib.
    "Sadəcə USAİD-in Azərbaycanda atdığı addımlar heç cür alınmadı, çünki Azərbaycan güclü dövlətdir və ölkəmizdə xalq iqtidar birliyi möhkəmdir.
    Vaxtilə USAİD Azərbaycanda media resurslarına çox böyük məbləğdə - 2,4 milyon dollar məbləğində qrant ayırmışdı və bu qrant USAİD-in sözünü deyən media resurslarına paylandı. Bu bir daha onu göstərirdi ki, onların məqsədi aydındır və həmin media resursları vasitəsilə hakimiyytə qarşı istifadə etmək, insanları xaosa, çaxnaşmaya dəvət etmək idi.
    Əvvəllər Azərbaycanda USAİD, NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumlarla vasitəsilə cəhd ediblər ki, ölkəmizdə xaos, anarxiya yaratsınlar, ölkəni zəiflətsinlər, hakimiyyət çevrilişi etsinlər. Amma bütün bunlar iflasa uğradı, çünki Azərbaycanda xalq iqtidar birliyi möhkəm təməllər üzərində qurulub və bu birlik daha da möhkəmlənməkdədir. Çox təəssüf ki, Azərbaycan dəfələrlə USAİD-ə bildirsə də, onların Azərbaycanda fəaliyyətinə ehtyac yoxdur, onlar yenə də ölkəmizdə fəaliyyət göstərirlər", - deyə deputat bildirib.



    O qeyd edib ki, bu gün çevriliş cəhdi ilə üzləşmiş Gürcüstanda USAİD geniş şəbəkə yaradıb, vaxtilə Azərbaycanda işlədikləri təşkilat və hərəkatlara maliyyəni məhz Gürcüstan üzərindən ötürüb.
    "Amma onlar analamalıdırlar ki, onların heç bir niyyəti heç vaxt baş tutmayacaq, iflasa uğrayacaq. Azərbaycanın dövlət orqanları, insanlarımız ayıq-sayıqdır, ağı qaradan seçməyi yaxşı bilir. Onların bütün məkirli niyyətləri iflasa uğrayacaq", - deyə deputat əlavə edib.
    Buz.Su

    Mənbə: https://news.milli.az/world/1147528.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib27 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    25
    12
    14
    25
    26
    3
    24
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar