Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
İlin ilk Ay tutulması başa çatıb - YENİLƏNİB Xəbərlər

0

  • 13:41

    İlin ilk Ay tutulması başa çatıb.
    Şamaxı Astrofizika Rəsədxanasından Buz.Su-a verilən xəbərə görə, bu tutulma yarımkölgəli Ay tutulmasıdır. Bu tutulma zamanı Ay tam kölgəyə keçmədiyinə görə tutulma o qədər də hiss olunmur. Yarımkölgəli Ay Tutulması Avstraliyanın şərq hissəsi, Cənubi və Şimalı Amerikada, Sakit Okean, Atlantik Okean, Arktika və Antarktida da, Avropanın qərb hissəsində müşahidə olunur. Ay tutulması Bakı vaxtı ilə saat 08:53-də başlayıb və saat 13:32-də bitib, tutulmanın maksimumumu saat 11:12-də olub. Tutulma zamanı Ay üfüqdən aşağıda yerləşdiyinə görə tutulma Azərbaycandan müşahidə olunmayıb.
    -------

    08:59

    Bu ilin ilk Ay tutulması başlayıb. Bu hadisə yarımkölgəli Ay tutulmasıdır.
    Bu barədə Buz.Su-a Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib.
    Məlumata əsasən, Bakı vaxtı ilə saat 08:53-də başlayan tutulma hadisəsi saat 13:32-də sona çatacaq. Tutulmanın maksimumu saat 11:13-də olacaq.
    Tutulma Amerika, Antarktida, Alyaska və Rusiyanın şimal-şərqi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdə görünür. Tutulma Azərbaycandan müşahidə olunmur, çünki Ay həmin vaxt üfüqün altında olur. Yarımkölgəli Ay tutulmasını adi gözlə görmək çətin olur. Belə ki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.
    Buz.Su

    Mənbə: https://news.milli.az/interest/1192243.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməMaraqlı
    KateqoriyaƏyləncə
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib13 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    28
    30
    23
    23
    26
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar