Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Qırğızıstanda zərgərlik məmulatlarının istehsalı artıb Xəbərlər

0

  • 2023-cü ilin sonunda yerli sahibkarlar 145 milyon som dəyərində zərgərlik məmulatları istehsal ediblər ki, bu da 2022-ci ilin istehsal həcmindən 5 dəfə çoxdur.
    Buz.Su TurkicWorld-ə istinadən xəbər verir ki, bunu Qırğızıstan Respublikasının iqtisadiyyat və ticarət nazirinin müavini Aynurə Usenbekova deyib.
    O qeyd edib ki, bu göstəricilər hədd olmamalıdır və 2024-cü ildə 2023-cü illə müqayisədə daha da yüksək olmalıdır.
    Onun sözlərinə görə, dövlət dəstəyinin göstərilməsi çərçivəsində hazırda zərgərlik məmulatları istehsalçıları ƏDV-ni 80% endirimlə ödəyirlər.
    "Həmçinin 2022-ci ildə "Qiymətli metallar və qiymətli daşlar haqqında" Qırğızıstan Respublikası Qanununun yeni redaksiyası qəbul edilib. Yaxın vaxtlarda əsas problemin - yerli zərgərlik istehsalçılarının xammalla (qızıl və gümüş) təminatının həlli istiqamətində işlərin aparılması nəzərdə tutulur", - deyə o bildirib.
    Nazir müavini vurğulayıb ki, nazirliyin rəhbərliyi istehsalçıların bu gözəl sənətin qorunub saxlanmasına və inkişafına verdiyi töhfəni yüksək qiymətləndirir.
    Sonda Usenbekova zərgərlik sənayesinin inkişafı üçün rəqabətli şəraitin yaradılmasını müzakirə etməyə və işləməyə, layihələrin təşviqinə (yeni istehsal müəssisələrinin, yeni iş yerlərinin yaradılması), ənənələrin qorunmasına və innovativ yanaşmaların təşviqinə köməklik göstərməyə hazır olduğunu bildirib.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1179783.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib22 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    17
    35
    4
    11
    37
    29
    5
    24
    33
    35
    21
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar