Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
İrakli Kobaxidze Gürcüstanın yeni Baş naziri seçilib Xəbərlər

0

  • -------
    ​00:50
    Gürcüstan parlamenti hakim "Gürcü Arzusu" partiyasının baş nazirliyə namizədi İrakli Kobaxidzenin rəhbərlik etdiyi hökumətə etimad göstərib.
    Buz.Su Trend-ə istinadən xəbər verir ki, İrakli Kobaxidze bu gün parlamentin plenar sessiyasında hökumət proqramını deputatlara təqdim edib. Daha sonra yeni hökumətə etimad səsverməsi keçirilib. 105 parlament üzvünün qeydiyyatdan keçdiyi səsvermədə 84 deputat lehinə, 10 deputat isə əleyhinə səs verib.
    Gürcüstan qanunvericiliyinə görə, parlamentin hökumətə etimad göstərməsi üçün 76 deputatın dəstəyi kifayət edir.
    Qeyd edək ki, nazirlər kabinetinin tərkibində yeganə dəyişiklik müdafiə naziri Cuanşer Burçuladzenin İrakli Çikovani ilə əvəzlənməsidir. İrakli Kobaxidze daha əvvəl açıqlamasında sabiq müdafiə nazirinin öz istəyi ilə vəzifəsindən ayrıldığını və başqa sahəyə yönəlmək istədiyini bildirib. Kabinetin digər nazirləri öz vəzifələrində qalıblar.
    Xatırladaq ki, Gücüstanın Baş naziri İrakli Qaribaşvili yanvarın 29-da istefa verib. O, hakim partiyanın sədri təyin olunub.
    -------
    23:38
    Gürcüstan parlamenti baş nazir postuna namizəd İrakli Kobaxidzeyə etimad göstərib.
    Buz.Su axar.az-a istinadən xəbər verir ki, onun lehinə 84, əleyhinə 10 deputat səs verib.
    Kobaxidze onun təyinatı haqqında fərmanı Gürcüstan Prezidenti Salome Zurabişvili imzaladıqdan sonra və ya prezident onun təyinatını imzalamaqdan imtina edərsə, etimaddan iki gün sonra rəsmi olaraq baş nazir olacaq.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1181595.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib19 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    25
    5
    27
    20
    31
    20
    13
    5
    33
    17
    28
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar