Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ukraynaya kütləvi hücum nəticəsində ölən və yaralananların sayı açıqlandı - YENİLƏNİB - VİDEO Xəbərlər

0

  • 13:43

    Rusiyanın Ukraynaya bu gün səhər raket hücumu nəticəsində 12 nəfər ölüb, 75 nəfər yaralanıb.
    Buz.Su APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Qeyd edək ki, ötən gecə və bu gün səhər Rusiya Silahlı Qüvvələri Ukrayna ərazilərinə kütləvi raket və dron zərbələri endirib. Ölkənin bir sıra vilayətlərində hava həyəcanı siqnalı verilib.
    --------

    11:57

    Ukraynada Rusiyanın kütləvi dron və raket hücumu ilə bağlı gərginlik davam edir.
    Buz.Su APA-ya istinadən bildirir ki, Dnepr meri hava hücumları zamanı ölənlərin və yaralananların olduğunu deyib. Bundan başqa, Kiyevdə 5 nəfər yaralanıb. Şəhərdə "Artyom" hərbi zavodu və "Lukyanovskaya" metro stansiyası da zərbələr zamanı zədələnib.
    Xarkov meri Terexov isə şəhərə 22 zərbə endirildiyini, ölən və yaralananların olduğunu bildirib.
    Raket zərbələrinin Odessa, Ternopol və Lvov şəhərlərinə də endirildiyi bildirilir.

    -----

    10:46

    Ukraynada bir çox regionunda gecə ikinci dəfə hava həyəcanı verilib.
    Buz.Su APA-ya istinadən bildirir ki, "Şahed" dronları ilə Ukrayna ərazilərinə kütləvi hücum olub.
    Ballistik zərbə təhlükəsinin olduğu bildirilir.
    Eyni zamanda, Lvovda güclü partlayışlar baş verir.
    Bundan başqa, Dnepr şəhərində ticarət mərkəzində yanğın baş verib. İlkin versiya kimi, yanğın Rusiyanın gecə həyata keçirdiyi hava hücumları nəticəsində baş verib.
    Hadisə şahidlərinin sözlərinə görə, ticarət mərkəzində partlayış səsləri eşidilib. Hadisə yerinə cəlb olunan müvafiq qurumlar cəlb olunub, yanğının söndürülməsi üçün işlər davam edir.
    Kiyevdə də partlayışlar baş verib, hava hücumundan müdafiə sistemi işləyir.
    Bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.
    "Kiyevdə partlayışlar... Sığınacaqlarda qalın!" - o, Telegram kanalında yazıb.
    Daha sonra Kliçko yeni partlayışlar barədə məlumat verib və qeyd edib ki, şəhərdə "hava müdafiəsi intensiv işləyir".
    Kliçko həmçinin bildirib ki, Kiyevin Podolsk rayonunda anbarlar yanır.
    "Bütün xidmətlər yerindədir", - mer qeyd edib.
    Xarkov meri İqor Terexov isə Telegram kanalında şəhərdə partlayışların "üçüncü dalğası"nın baş verdiyini açıqlayıb. Xarkovda azı 8 partlayış səsinin eşidildiyi bildirilir. Xarkovda 35 yaşlı kişi həlak olub, 8 nəfər isə xəsarət alıb.
    Hazırda bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan edilib. Dnepr (keçmiş Dnepropetrovsk), Odessa, Poltava və Xmelnitski vilayətlərində, eləcə də Zaporojye şəhərində partlayışların baş verdiyi bildirilir.

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1171145.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib23 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    22
    29
    32
    21
    30
    27
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar