Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
İrana çəkilən yeni yol və körpünün tikintisi Azərbaycana nə qazandıracaq? - VİDEO Xəbərlər

0

  • Prezident İlham Əliyev Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
    Bunun Azərbaycan iqtisadiyyatına hansı müsbət təsirləri olacaq?
    Buz.Su xəbər verir ki. məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, son on ildir ki nəqliyyat dəhlizlərinin əhəmiyyəti daha da artmaqdadır.
    "Buna misal olaraq, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini qeyd edə bilərik. Bu nəqliyyat dəhlizlərinin də əsas komponenti şaxələndirmədir. Yəni bir yoldan asılı olmamaqdır. Bir yoldan asılı olanda tıxanmalara və malların daha gec ünvana çatmasına səbəb ola bilər.
    Bu səbəblərə görə şaxələndirmə gündəmdədir. Azərbaycanın Qarabağ zəfərindən sonra cənub istiqamətinə yeni magistrallar və dəmiryol xətləri tikilməyə başladı. Nəzərə alsaq ki, İran və Türkiyədə avtomobil daşımaları daha üstün paya sahibdir. Bu da ilkin mərhələdə avtomobil yolunun daha tez istifadəyə verilməsinə gətirib çıxaracaq. Nəticədə, Şərq-Qərb dəhlizi üzrə yük daşımaları üçün yeni bir yolun açılmasına gətirib çıxaracaq", - deyə o qeyd edib.
    Geniş videomüsahibəni təqdim edirik:

    Buz.Su

    Mənbə: https://news.milli.az/country/1154961.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib36 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    27
    18
    29
    6
    16
    25
    34
    11
    30
    29
    24
    24
    30
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar