Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
İranda Pakistana zərbə endirmək qərarını kim verib? Xəbərlər

0

  • İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 1979-cu ildə İslam İnqilabını qorumaq məqsədilə orduya paralel struktur kimi yaradılsa da, üstündən onilliklər keçdikdən sonra hədəflərini böyüdüb. Bu qurum həm İran daxilində islahat tələb edən insanlara və qruplara qarşı mübarizə aparır, həm xaricdəki tərəfdaş qruplara silah və sursat göndərir, həm korpusun üzvlərini qonşu ölkələrdəki döyüşlərə yollayır, həm müxtəlif ölkələrdə təsir qrupları formalaşdırır, həm də hansı ölkəyə zərbə endirmək barədə müstəqil qərar verir. Bununla SEPAH dövlətüstü quruma çevrilib.
    Buz.Su axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
    O bildirib ki, İran prezidenti və xarici işlər naziri SEPAH komandanlığının qərarına qarışa bilmir:
    "Bir neçə gün əvvəl qonşu İraqa və Pakistana zərbə endirmək qərarını da SEPAH komandanlğı verib. Ancaq bu dəfə möhkəm ilişiblər. İraqdan fərqli olaraq, Pakistan zəif ölkə deyil, ona görə də dərhal İrana əks-zərbələr endirdi. Tehran vəziyyətdən çıxış yolu axtarır. Nüvə dövləti olan Pakistanla müharibə riski İran üçün fəlakət ssenarilərindən birinə çevrilə bilər".
    Qeyd edək ki, 16 yanvarda SEPAH Pakistan ərazisində terrorçu saydığı "Ceyş ül-Ədl" qruplaşmasını raketlə vurub, nəticədə iki azyaşlı həlak olub. Pakistan bu zərbəyə kəskin reaksiya verib, İran səfirini geri çağırıb, həmçinin Tehrana bütün rəsmi səfərləri təxirə salıb.
    Bu gün isə Pakistan İranın Sistan və Bəlucistan ərazisində terrorçu yuvalarına cavab zərbəsi endirib. İranın məlumatına görə, İran vətəndaşı olmayan 7 nəfər (daha sonra ölənlərin 9 nəfər olduğu bildirildi) ölüb.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1176523.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib25 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    24
    14
    7
    24
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar