Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Qızının bu sözləri Məleykəni göz yaşlarına boğdu – VİDEO Xəbərlər

0

  • "Anam ana olaraq çox qayğıkeşdir. Kiçik yaşlarımda mən xəstələnəndə anamın səhnədə çıxışı olsa da, hər şeyi təxirə salıb yanıma gəlib, mənə baxıb, qayğısını və sevgisini göstərirdi". 
    Buz.Su bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Məleykə Əsədovanın qızı Gülər "O üz" verilişinə müsahibəsində deyib. 
    Aktrisanın övladı qayğıkeş anası ilə bağlı dilə gətirdiyi səmimi etirafları ilə diqqət çəkib. Əsədovanın qızı bildirib ki, anası ona atasızlığı heç zaman hiss etdirməyib: 

    "Mən anamla dost kimiyəm. O deyir ki, əgər səhvin olsa, birinci gəl mənə de. Buna əsəbiləşsəm də, gün sonuna sənə ən yaxşı məsləhəti mən verəcəyəm. Anam mənsiz yaşaya bilməz. O mənə görə yaşayır. Bəlkə də mənim anam başqa insan olsaydı, anam Məleykə kimi bu qədər qayğıma qalmazdı. Anam mənim üçün həm də ata olub. Uşaqikən atasızlığı, bu boşluğu hiss etməmişəm. Anamdan danışanda çox kövrəlirəm. Çünki onun mənim üçün etdikləri çoxdur (ağlayır). Mən onun yanında ağlamamağa çalışıram. Çünki görəndə məndən daha pis olur.

    Məhz bu səbəbdən anama yansıtmamağa çalışıram. Anam ağlayanda göz yaşımı silən, saçımı oxşayandır. O məni çox sevir. Mən də çalışıram, ona o sevginin qarşılığını verim. Onun istədiyi kimi biri olmağa çalışıram. Onu çox sevirəm. Anam deyir ki, bir kitab yaz. Gələcəkdə bunu etməyi düşünürəm.
    Xəyallarımda var ki, gələcəkdə anam üçün filmlər çəkdirim. Bunu isə onun adını yaşatmaq üçün etmək istəyirəm. Anama çox güvənirəm və demək istəyirəm ki, hər zaman sənin yanına məsləhət almaq üçün gələcəyəm". 
    Buz.Su



    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/showbiz/1187615.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaŞou-Biznes
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib14 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    28
    26
    30
    16
    23
    19
    19
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar